Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ölmüş şəxsin imzası saxtalaşdırılaraq adına olan mənzil satılıb

Ölmüş şəxsin imzası saxtalaşdırılaraq adına olan mənzil satılıb

Azərbaycan-Almaniya matçına bütün biletlər satılıb (25 Mart 2017 21:09)

Tarix: 19 Noyabr 2016 11:57

Azərbaycanda ölmüş şəxsin imzasını saxtalaşdırmaqla mərhumun adına olan mənzilin satılması faktı qeydə alınıb.

Milli.Az DİN-ə istinadən bildirir ki, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən noyabrın 10-da şəhər sakini Ələddin Əhmədovun və Göygöl şəhər sakini Eldar Məhərrəmovun Yeni Gəncə qəsəbəsi ərazisində tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının sahibi, mərhum şəhər sakini Rövşən Rüstəmovun imzasını və möhürünü saxtalaşdırması, habelə saxta müqavilə əsasında həmyerlisi Elnarə Zeynalovaya həmin binadakı mənzillərdən birini 19000 manata satması müəyyən edilib.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Teqlər:  Ölmüş şəxsin imzası saxtalaşdırılaraq adına olan mənzil satılıb



RƏYLƏR


Top xəbərlər