Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyə vətəndaşı Astara Gömrük Nəzarət Məntəqəsində ölüb

Türkiyə vətəndaşı Astara Gömrük Nəzarət Məntəqəsində ölüb

Date: 19 November 2016 12:02

Bakı. 19 noyabr. REPORT.AZ/ Türkiyə vətəndaşı Azərbaycanda ölüb.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Türkiyənin Qars vilayətindən olan 56 yaşlı Aydın Cisim adlı şəxs Azərbaycanın Astara Gömrük Nəzarət Məntəqəsindən İran İslam Respublikası ərazisinə keçərkən qəfildən halı pisləşib. Bu zaman həyat yoldaşı da yanında olub. Lakin ona kömək etmək mümkün olmayıb. Nəticədə A.Cisim dünyasını dəyişib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.


Tags:  Türkiyə vətəndaşı Astara Gömrük Nəzarət Məntəqəsində ölüb

RƏYLƏR


Top news