Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Həbsdəki Azərbaycan oliqarxı kliniki ölüm keçirdi

Həbsdəki Azərbaycan oliqarxı kliniki ölüm keçirdi

Date: 19 November 2016 12:05

Komi Ali Məhkəməsində "Uxtaneftqazgeologiya" Açıq Səhmdar Cəmiyyətinin keçmiş baş direktoru, Komi Dövlət Şurasının sabiq deputatı Akif Sayadovun cinayət işinin apellyasiya müzakirəsi başlanıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, A.Sayadov 1 avqustda Uxta Şəhər Məhkəməsi tərəfindən israfçılıq və dələduzluq əməllərinə görə 4 il həbs cəzası alıb və milyon rubl cərimə olunub.

Akif Sayadov məhkəmədə çıxış edərək bildirib ki, onkoloji xəstəliklərdən əziyyət çəkir və 8 noyabrda kliniki ölüm keçirib. A.Sayadovu xilas edən keşikçinin onun çarpayıdan yıxılmasını vaxtında görməsi olub.

Prokurorluq Uxta Şəhər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib və üç başqa epizod üzrə (səlahiyyətlərdən sui-istifadə və iki halda cinayət yolu ilə əldə edilən gəlirlərin yuyulması) A.Sayadova bəraət verilməsi ilə razılaşmayıb.

Eyni zamanda Azərbaycan oliqarxının vəkilləri A.Sayadovun "İntaneft" Qapalı Səhmdar Cəmiyyətinin zərərinin əvəzini tamamilə ödədiyinə və müəssisənin hesabına 8,8 milyon rubl pul keçirdiyinə aid sənədləri iş materiallarına əlavə ediblər. Bundan başqa, məhkəməyə "Uxtaneftqazgeologiya"nın ("UNQQ") kassasına zərərin qismən ödənilməsi kimi 3,5 milyon rubl məbləğində vəsaitin daxil edildiyi barədə də sənəd təqdim olunub.

A.Sayadovun müdafiəçiləri həmçinin Azərbaycandan və Dağıstan Respublikasından "UNQQ" üçün qazma avadanlığının əldə edilməsi epizod üzrə əsas şahid kimi "P - YevroElitStroyLyuks-M" MMC-nin direktoru Marina Konovalovanın dindirilməsini xahiş ediblər. Ancaq bu vəsatət təmin olunmayıb.

Milli.Az


Tags:  Həbsdəki Azərbaycan oliqarxı kliniki ölüm keçirdi

RƏYLƏR


Top news