Cüdoçumuz dünya çempionu oldu

Cüdoçumuz dünya çempionu oldu
12:05 19 Noyabr 2016
68 İdman
Ölkə mətbuatı
A- A+

ABŞ-da veteran cüdoçular arasında dünya çempionatı davam edir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarışların ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.

M-6 kateqoriyası üzrə 90 kq çəkidə mübarizə aparan Fərhad Rəcəbli bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Veteran cüdoçumuz qızıl medal uğrunda görüşdə rusiyalı Vladimir Markelovu məğlub edib. Bu kateqoriyada yarışan daha bir cüdoçumuz Arif Qasımov (100 kq) 5-ci yeri tutub.
 
Qeyd edək ki, dünya çempionatında 55 ölkədən 966 veteran cüdoçu mübarizə aparır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/491043.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR