Astara Gömrük Nəzarət Məntəqəsində ÖLÜM

Astara Gömrük Nəzarət Məntəqəsində ÖLÜM
12:12 19 Noyabr 2016
155 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə vətəndaşı Azərbaycanda ölüb.

Milli.Az report-a istinadən bildirir ki, Türkiyənin Qars vilayətindən olan 56 yaşlı Aydın Cisim adlı şəxs Azərbaycanın Astara Gömrük Nəzarət Məntəqəsindən İran İslam Respublikası ərazisinə keçərkən qəfildən halı pisləşib.

Bu zaman həyat yoldaşı da yanında olub. Lakin ona kömək etmək mümkün olmayıb. Nəticədə A.Cisim dünyasını dəyişib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/491047.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR