Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyə XİN başçısı: “PKK-nı terrorçu qruplar siyahısından çıxarmaq istəyirlər”

Türkiyə XİN başçısı: “PKK-nı terrorçu qruplar siyahısından çıxarmaq istəyirlər”

Date: 19 November 2016 12:27

Bakı. 19 noyabr. REPORT.AZ/ “PKK-nı terrorçu qruplaşmalar siyahısından çıxarmaq istəyirlər”.
“Report” “Sabah”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci Baş Məclisindəki çıxışında bildirib.
“Bölgəmizdə çoxlu problemlər var. Ancaq hadisələrin inkişafına mənfi tərəfdən baxmaq istəmirik. Az inkişaf etmiş ölkələr və terrora qarşı mübarizə məsələləri gündəliyimizdə olmalıdır. Danışıqdan əməkdaşlığa keçməliyik.
Təəssüf ki, hazırda ən böyük problem bir çox ölkələrdə terror qruplaşmalarının rahatlıqla fəaliyyət göstərmələridir. Bu gün İŞİD-ə qarşı mübarizə edir, deyə, terrorçu PKK və YPG-yə (PKK-nın Suryadakı qollarında biri - “Report”) silah vermək böyük xətadır. Dostlarımızın belə faciəli xəta etməsini istəmirik. Hansı terror qruplaşması olursa-olsun hamısına qarşı birlikdə mübarizə aparmalıyıq.
İŞİD təkcə hava əməliyyatları ilə yox edilə bilməz. Bunu əvvəldən də söyləyirdik. “Fırat kalkanı” əməliyyatı nəticəsində əldə edilənlər bunu sübut etdi. 1700 kv. km. ərazidən İŞİD təmizləndi. Biz Türkiyə olaraq Suriya və İraqın ərazi bütövlüyünü müdafiə edirik. Türkiyə olaraq, Ukraynanın da ərazi bütövlüyünə dəstək veririk. Beynəlxalq ictimaiyyəti Krım tatarları ilə bağlı vəzifələrini icra etməyə çağırırıq”, - deyə, o vurğulayıb. 


Tags:  Türkiyə XİN başçısı PKK-nı terrorçu qruplar siyahısından çıxarmaq istəyirlər

RƏYLƏR


Top news