Sabahın HAVASI: Yağış, qar...

Sabahın HAVASI: Yağış, qar...
12:43 19 Noyabr 2016
413 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 20-də Bakıda və Abşeron yarımadasında yağış, rayonlarda qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Şimal-şərq küləyi əsəcək, havanın temperaturunun gecə 4-7, gündüz 8-10, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 779 mm civə sütunu, nisbi rütubət 80-90 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/176559.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR