Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ərbəin günü İmam Hüseynin məqbərəsini 17 milyon insanın ziyarət edəcəyi gözlənilir

Ərbəin günü İmam Hüseynin məqbərəsini 17 milyon insanın ziyarət edəcəyi gözlənilir

Zeydi məzhəbi nədir? (21 Fevral 2017 08:47)
Zeydi məzhəbi nədir? (12 Fevral 2017 23:52)
“Fəcr” surənin fəzilətləri (09 Fevral 2017 23:22)

Tarix: 19 Noyabr 2016 12:57

Bakı. 19 noyabr. REPORT.AZ/ Məhəmməd peyğəmbərin nəvəsi, İmam Hüseynin qətlə yetirildiyi günün “40-cı günü” ilə əlaqədar İraqa iki milyondan çox İran vətəndaşı səfərə gedib.
“Report” İran KİV-inə istinadən xəbər verir ki, bu haqda İraqın Kərbəla əyalətinin hökuməti məlumat yayıb.
İnformasiyaya əsasən, İrandan başqa ölkələrdən isə 150 min şiə-müsəlman İraqın Kərbəla şəhərinə İmam Hüseynin məqbərəsini ziyarətə gedib.
Bu tədbirdə 15 milyon iraqlının da iştirak edəcəyi gözlənilir. Məlumatda bildirilib ki, bununla da ziyarətə gedənlərin sayı bu il 17 milyon nəfər olacaq.
Qeyd edək ki, bu il Ərbəin noyabrın 20-də olacaq
Ərbəin ərəbcə qırxıncı gün deməkdir. Şiəlikdə Ərbəin hicri təqvimi ilə Aşura günündən 40 gün sonra yəni Səfər ayının iyirminci günüdür. Bu gündə, Məhərrəm ayının onuncu günündə, Kərbəlada şəhid olan İmam Hüseyn və 72 tərəfdarı yad edilir, xüsusi mərasimlər keçirilir. 

Teqlər:  Ərbəin günü İmam Hüseynin məqbərəsini 17 milyon insanın ziyarət edəcəyi gözlənilir



RƏYLƏR


Top xəbərlər