Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Üç uşağı axtaran polis “qətliam bölüyü”nü aşkarladı – FİLMLƏRƏ SSENARİ

Üç uşağı axtaran polis “qətliam bölüyü”nü aşkarladı – FİLMLƏRƏ SSENARİ

Date: 19 November 2016 13:03

İstanbul terrorla mübarizə qrupları əhəmiyyətli bir əməliyyat həyata keçiriblər.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, şəhərin Sultanbəyli rayonunda 16-17 yaşlarındakı 3 uşağın axtarışlarını aparan terrorla mübarizə qrupları İŞİD terror təşkilatı ilə bağlı olan şəxslərin izinə düşüb.

Uşaqları itən ailələrin müraciətindən sonra terrorla mübarizə qrupları genişmiqyaslı istintaqa başlayıb. İstintaq nəticəsində itkin uşaqların İŞİD-in üzvləri ilə əlaqəli olduğu müəyyən edilib.

Araşdırmalar zamanı İŞİD-ə dəstək verən, beynəlxalq pul köçürmələri həyata keçirən qruplaşma aşkarlanıb. İŞİD üzvlərinin qaldıqları evlərə edilən basqın zamanı aralarında 3 uşağın da olduğu 15 nəfər saxlanılıb. Şübhəlilərdən 7-si İŞİD-in üzvü olmaqda ittiham edilərək həbs olunub. Aralarında 3 uşağın da olduğu digər 8 nəfər barələrində istintaq davam etməsi şərti ilə azadlığa buraxılıb.

Ələ keçirilən CD-lər və yaddaş kartları onların bəzi xaric əlaqələrini ortaya çıxarıb.

Ömər Dağlı




Tags:  uşağı axtaran polis qətliam bölüyünü aşkarladı FİLMLƏRƏ SSENARİ

RƏYLƏR


Top news