Türkiyənin Diyarbəkir şəhərində gecə saatlarında qaldıqları otelin ətrafında çəkiliş edən iki isveçli jurnalist polislər tərəfindən nəzarətə götürülüb.
Milli.Az sözcü-yə istinadən bildirir ki, televiziyada çalışan L.N.B. və R.A.S. adlı iki jurnalist hərbi obyektlərin olduğu ərazilərin fotosunu çəkirlərmiş. Polislərin şübhələndiyi jurnalistlər çəkilişi yarımçıq qoyub ərazidən uzaqlaşmaq istəsələr də, ələ keçiblər.
Jurnalistlər ifadələri alınmaq üçün təhlükəsizlik idarəsinə aparılıblar.
Təhməz Təkin
Milli.Az