Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ramil Şeydayevə yeni rəqiblər

Ramil Şeydayevə yeni rəqiblər

Prosineçki legionerlərdən imtina etdi (22 Fevral 2017 17:07)
"Trabzonspor" Şeydayevə qiymət qoydu - RƏSMİ (13 Fevral 2017 18:47)
Ramil Şeydayev yeni klubu - Türkiyəni tərk etdi (10 Fevral 2017 10:47)

Tarix: 19 Noyabr 2016 13:17

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Trabzonspor" qış fasiləsində heyətini gücləndirəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "bordo-mavililər" transfer siyahısını müəyyənləşdirməyə başlayıb.

Klub prezidenti Muharrem Usta baş məşqçi Ərsun Yanalla görüşərək, ondan maraq dairəsində olan futbolçuların siyahısını istəyib. Təcrübəli mütəxəssis isə ilk olaraq 4 oyunçunun alınmasını tələb edib. Bunlar "Fortuna"nın müdafiəçisi Kaan Ayhan, "Gənclərbirliyi"nin yarımmüdafiəçisi İrfan Can Kahveci və "Çaykur Rizəspor"un hücumçusu Leonard Kveuke ilə "Beşiktaş"ın forvardı Ömər Şişmanoğludur. Baş məşqçi, xüsusən də Kveukenin transferində israrlıdı. O, məhz bu keçid sayəsində hücum xəttindəki problemi yoluna qoyacaqlarını düşünür.
 
Qeyd edək ki, "Trabzonspor" Türkiyə Superliqasının ilk 10 turunda cəmi 11 xal toplayıb və hazırda 13-cü pillədə qərarlaşır.

Milli.Az


Teqlər:  Ramil Şeydayevə yeni rəqiblər



RƏYLƏR


Top xəbərlər