Azərbaycan klubunda məşqçi istefası

Azərbaycan klubunda məşqçi istefası
13:47 19 Noyabr 2016
60 İdman
Ölkə mətbuatı
A- A+

"Şahdağ" futbol klubunun baş məşqçisi Adil Mahmudov öz istəyilə istefa verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Rüstəm Əzimov məlumat verib.

Onun sözlərinə görə, Adil Mahmudov öz istəyi ilə baş məşqçi postundan istefa verib: "Klub A.Mahmudova gördüyü işlərə görə öz minnətdarlığını bildirir.

O, "Şahdağ"ın ən ağır günlərində kluba gələrək komandaya kömək edib. Onun klub qarşısındakı xidmətləri yüksəkdir. Və biz bunu qiymətləndiririk".

Qeyd edək ki, klubun baş məşqçisinin vəzifələrini müvəqqəti olaraq Kamran Nurəhmədov həyata keçirəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/491075.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR