Mədəndə 5-ci işçinin cəsədi çıxarıldı: 11 nəfərin axtarışları davam edir

Mədəndə 5-ci işçinin cəsədi çıxarıldı: 11 nəfərin axtarışları davam edir
14:05 19 Noyabr 2016
65 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə Siirt rayonunun Şirvan qəsəbəsində uçqun baş verən mis filizi mədənində daha bir işçinin cəsədi tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla da ötən gün uçqun baş vermiş mədəndə tapılan cəsədlərin sayı 5-ə çatıb. Mədəndə uçqun altında qalan digər 11 işçi ilə bağlı axtarış-xilasetmə əməliyyatları davam edir.
 
Olayla bağlı Siirt Prokurorluğunun açdığı cinayət işi çərçivəsində mədən müdiri M.Ö. və təhlükəsizliyə cavabdeh mühəndis də daxil olmaqla, 6 nəfər saxlanılıb. Saxlanılanlar ifadələrinin alınması üçün polis idarəsinə aparılıblar. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/491085.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR