Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

“Vaqif” operası yeni quruluşda

“Vaqif” operası yeni quruluşda

Date: 19 November 2016 14:31

Noyabrın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında xalq artisti Ramiz Mustafayevin “Vaqif” operasının premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, yeni quruluşda təqdim olunacaq səhnə əsərinin nümayişi bəstəkarın 90 illiyinə həsr olunub.

Tamaşada teatrın aparıcı solistlərindən xalq artisti Əli Əsgərov, əməkdar artistlər Ramil Qasımov, İlahə Əfəndiyeva, Əkrəm Poladov, Fərid Əliyev, Cahangir Qurbanov, İlkin Əhmədov, gənc solistlər Taleh Yahyayev, Tural Ağasıyev və Səbinə Əhmədova çıxış edəcəklər.

Tamaşanın dirijoru xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Aysel Məlikovadır.


Tags:  Vaqif operası yeni quruluşda

RƏYLƏR


Top news