Nazir Zabil Müqabiloğlunun müalicəsini nəzarətə götürdü

Nazir Zabil Müqabiloğlunun müalicəsini nəzarətə götürdü
14:37 19 Noyabr 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaraciyərində yaramış problemlərlə bağlı səhhəti kəskin şəkildə pisləşən jurnalist Zabil Müqabiloğlunun sağalması ilə bağlı bütün işlərə dövlət tərəfindən tam dəstək göstəriləcək.

Milli.Az bildirir ki, bunu lent.az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib. Millət vəkilinin sözlərinə görə, jurnalistə qaraciyər köçürülməsi və tam sağalana qədər lazım olan müalicəsinin təminatı üçün səhiyyə naziri Oqtay Şirəliyevin qəbulunda olub: "Səhiyyə naziri ilə özüm şəxsən görüşüb, jurnalist həmkarlar adından müraciət etdim və bildirdim ki, bu məsələdə dövlət dəstəyinə ehtiyac var. Nazir Oqtay Şirəliyev də vurğuladı ki, məsələ diqqətdədir və jurnalistin qaraciyər köçürülməsi əməliyyatı, həmçinin ondan sonrakı müalicəsinə dəstək göstəriləcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/491087.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR