Bred Pittin yeni sevgilisinin kimliyi məlum oldu - FOTO

Bred Pittin yeni sevgilisinin kimliyi məlum oldu - FOTO
14:58 19 Noyabr 2016
159 Şou
Ölkə mətbuatı
A- A+

Bred Pitt yenidən aşiq olub.

Publika.az xəbər verir ki, bu sensasiyalı açıqlamanı britaniyalı mətbuatına aktyorun yaxın dostlarından biri verib. Mənbə bildirib ki, Bredin sirli sevgilisi aktrisadır və öz populyarlığı ilə Ancelinadan geri qalmır. Bu gün isə aktyorun gizli sevgilisinin kimliyi bəlli olub.

Britaniya mətbuatının yazdığına görə, Bred Pitt “İntihar edənlərin dəstəsi" filminin gözqamaşdırıcı ulduzu Marqo Robbinin qəlbini fəth edə bilib. Mənbələr deyib ki, o, Marqo sayəsində dramatik boşanma əhvalatından sonra nəhayət ki, özünə gələ bilib. Deyilənlərə görə, aktyorun yeni sevgilisi onun üzərində elə yaxşı təsir göstərib ki, Bred hətta yeni çəkildiyi "Müttəfiqlər” filminin təqdimat mərasimlərində iştirak etməyə razı olub.

Həmçinin Bred Pittin Ancelina ilə boşanmazdan əvvəldə də seksual sarışın qadına qarşı simpatiya göstərdiyi iddia edilib. Bu isə aktyorun keçmiş həyat yoldaşını özündən çıxarırmış. Aktyoru hətta Marqonun bir neçə ildir ssenarist Tom Ekerli ilə görüşməsi utandırmır.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/176570.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR