Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ronaldonun bu videosu ilk dəfə ortaya çıxdı

Ronaldonun bu videosu ilk dəfə ortaya çıxdı

Date: 19 November 2016 15:07

İspaniyanın “Real” futbol klubu və Portuqaliya milli komandasının hücumçusu Kriştiano Ronaldonun Avropa çempionatının final oyunundan sonra nitqinin videoyazısı çıxıb.

Videoçarx “Twitter”də “selecaoportugal” hesabında yerləşdirilib. Hücumçu nitqində bildirib ki, Çempionlar Liqası və ölkə çempionatlarında qazandığı bütün fərdi mükafatlar və qələbələr Avropo çempionatında qazanılan qələbəyə bərabər ola bilməz. O, milli komandanın baş məşqçisi Fernandu Santuşa, həmçinin komandanın bütün üzvlərinə təşəkkür edib.

Xatırladaq ki, Portuqaliya yığması bu ilin yayında Fransada keçirilən çempionatın finalında ev sahiblərini 1:0 hesabı ilə məğlub edərək turnirin baş mükafatını qazanır. Qələbə topunu oyunun 109-cu dəqiqəsində Eder vurur. Ponaldonun özü isə oyunun 25-ci dəqiqəsində zədələnərək Rikardo Quaresma ilə əvəzlənir.(Publika.az)


Fanat.Az

Tags:  Ronaldonun bu videosu ilk dəfə ortaya çıxdı

RƏYLƏR


Top news