Argentina yığmasının kapitanı Lionel Messi Argentina Futbol Assosiasiyasının (AFA) milli komandanın təhlükəsizliyini təmin edən mühfizə xidmətinin əməkdaşlarına olan borcunu ödəyib. Bu barədə Diariouno radiosu məlumat verib.
Məlumata əsasən, mühafizəçilər 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Braziliya-Argentina matçından sonra (xatırladaq ki qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb) Messiyə müraciət ediblər. Beş-altı ay ərzində maaş almadıqlarını bildirən təhlükəsizlik xidmətinin əməkdaşları futbolçudan kömək istəyiblər.
Nəticədə Argentina yığmasının kapitanı öz atası ilə əlaqə saxlayıb, və mühafizəçilərin pulu futbolçunun şəxsi hesabından ödənilib.
Qeyd olunur ki, Messi bu məlumatın KİV-də yayılmasını istəmirdi.(oxu.az)
Fanat.Az