OPEC-in baş katibi İranın neft naziri ilə bazardakı vəziyyəti müzakirə edəcək

OPEC-in baş katibi İranın neft naziri ilə bazardakı vəziyyəti müzakirə edəcək
15:32 19 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 19 noyabr. REPORT.AZ/ Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) baş katibi Məhəmməd Barkindo İranın neft naziri Bican Zəngane ilə görüşəcək. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, görüşdə neft bazarındakı vəziyyət, eləcə də OPEC-in noyabrın 30-da Avstriyanın paytaxtı Vyanda keçiriləcək iclası ilə bağlı müzakirələr aparılacaq.
Xatırladaq ki, OPEC ölkələrinin sentyabrın sonlarında Əlcəzairdə keçirilmiş qeyri-rəsmi görüşündə gündəlik neft hasilatının 32,5-33 mln. barellə məhdudlaşdırılması barədə razılıq əldə olunub. Təşkilatın hər üzvünə düşəcək limit isə hələ razılaşdırılmayıb. Vyana sammitində bununla bağlı yekun qərarın qəbul ediləcəyi gözlənilir. OPEC-də hesab edirlər ki, "qara qızıl" bazarındakı vəziyyətin sabitləşməsi həm də digər neft hasilatçısı olan ölkələrdən, xüsusilə də Rusiyadan asılıdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/opec-in-bas-katibi-i-ranin-neft-naziri-ile-bazardaki-veziyyeti-muzakire-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR