İstanbulda yandırılan təcridxanadan 50 əcnəbi qaçdı - VİDEO

İstanbulda yandırılan təcridxanadan 50 əcnəbi qaçdı - VİDEO
15:32 19 Noyabr 2016
67 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün İstanbulun Fatih rayonunda deportasiya ediləcək əcnəbilərin saxlandığı təcridxanada yanğın baş verib.

Milli.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Kumkapıda yerləşən rayon Miqrasiya İradəsində saxlanılan əcnəbilər etiraz aksiyası keçiriblər. Aksiya zamanı bəzi əşyalar yandırılıb və alov qısa müddətdə ətrafa yayılıb. Hadisə yerinə polis qüvvələri və yanğınsöndürənlər cəlb olunub. Hadisə zamanı üç nəfər yanıq xəsarəti alıb. Qarışıqlıqdan istifadə edən 50 əcnəbi isə qapıları sındıraraq, təcridxanadan qaçıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/491104.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR