Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Marko Roys karyerasını İngiltərədə davam etdirə bilər.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu "Arsenal"ın maraq dairəsinə düşüb.
Baş məşqçi Arsen Venger aparıcı futbolçulardan olan Aleksis Sançesin gedişi təqdirdə məhz Almaniya millisinin üzvünün alınmasını tələb edib. Klublar arasında hətta ilkin danışıq da olub. "Borussiya" bu keçid müqabilində ingilislərdən 30 milyon funt-sterlinq tələb edib.
Qeyd edək ki, Marko Roys may ayında aldığı ağır zədə üzündən həm AÇ-2016-nı, həm də yeni mövsümün startını buraxıb.
Milli.Az