SOCAR: AGRİ layihəsi dondurulmayıb

SOCAR: AGRİ layihəsi dondurulmayıb
15:42 19 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan-Gürcüstan-Rumıniya boru kəmərləri sistemi (AGRI) layihəsi dondurulmayıb, lakin onun icrası üçün vaxt lazımdır.

Milli.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu sözləri Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Süleyman Qasımov deyib: "Bu layihə böyük investisiyalar tələb edir. Əvvəlcə Gürcüstanda, sonra Rumıniyada terminallar tikmək lazımdır. Bu, böyük xərclər tələb edir".

S.Qasımov SOCAR-ın hazırda TAP və TANAP kimi layihələrdə iştirak etdiyini vurğulayıb.

Digər tərəfdən o, AGRİ layihəsinin bütün iştirakçıların dəstəyi ilə icra oluna biləcəyini də deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/491108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR