Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Rabitə işi”ndə təqsirləndirilən şəxs 204 min manat vergini dövlət büdcəsindən yayındırıb

“Rabitə işi”ndə təqsirləndirilən şəxs 204 min manat vergini dövlət büdcəsindən yayındırıb

Date: 19 November 2016 15:52

Bakı. 17 noyabr. REPORT.AZ/ “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin sabiq direktoru Vəliyev Bayram Məmməd oğlunun dövlət büdcəsinə ödəməli olduğu verginin məbləği açıqlanıb.
“Report” xəbər verir ki, ittiham aktına əsasən, “Rabitə işi” ilə bağlı təqsirləndirilən B.Vəliyev 2012-ci ilin yanvar ayının 1-dən 2015-ci ilin oktyabr ayın 1-nə kimi olan dövrdə Bakı Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınıb.
O, “Tikinti Təmir Təchizat Servis” MMC-nin təsisçisi olmaqla, həmin cəmiyyətin fəaliyyətinə faktiki rəhbərlik edib, vəzifəli şəxs kimi vergiləri ödəməkdən yayınma məqsədilə, 2014-cü ilin yekunu üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergisinin bəyannaməsində cəmiyyətin vergiyə cəlb olunan mənfəəti 32 9730 manat, bu məbləğdən 20 faiz hesabı ilə 65 946 manat mənfəət vergisi hesablamalı olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannaməyə təhirf olunmuş məlumatlar daxil etməklə vergiyə cəlb olunan mənfəəti 93 236,48 manat, bu məbləğdən 20 faiz hesabı ilə 18647,30 manat mənfəət vergisi hesablayaraq, 47 298,70 manat məbləğində mənfəət vergisini az, həmçinin 2015-ci ilin mart ayı üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsində büdcəyə ödənilməli olan vergi məbləğini 954,75 manat göstərməli olduğu halda, 943,78 manat göstərməklə həmin vergi məbləğini 10,97 manat az hesablayıb vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə ümumilikdə xeyli miqdar təşkil edən 47 309,67 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb.
Bundan əlavə, toplanmış sənədlərlə müəyyən olunub ki, B.Vəliyev Bakı Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış “Bakı Rabitə Tikinti Təchizat” MMC-nin təsisçisi olmaqla həmin cəmiyyətin direktoru vəzifəsində işləyərkən, vergiləri ödəməkdən yayınma məqsədilə, qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi 2015-ci ilin aprel ayı üzrə ƏDV bəyannaməsində ƏDV tutulan dövriyyəni 63 7023,83 manat, ƏDV-ni 114 664,29 manat, əvəzləşdirilən ƏDV-ni 38 506,24 manat, büdcəyə ödənilməli olan ƏDV məbləğini 76 158,05 manat göstərməli olduğu halda, ƏDV bəyannaməsində ƏDV tutulan dövriyyəni 237 023,37 manat, ƏDV-ni 42 664,21 manat, əvəzləşdirilən ƏDV-ni 38506,24 manat, büdcəyə ödənilməli olan ƏDV məbləğini 4157,97 manat göstərməklə 72 000,08 manat ƏDV-ni, həmin ilin iyul ayı üzrə ƏDV bəyannaməsində ƏDV tutulan dövriyyəni 123 6475,62 manat, ƏDV-ni 222 565,61 manat, əvəzləşdirilən ƏDV-ni 167 370,67 manat, büdcəyə ödənilməli ƏDV məbləğini 55 194,94 manat göstərməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 93 4133,62 manat, ƏDV-ni 16 8144,05 manat, əvəzləşdirilən ƏDV-ni 167 370,67 manat, büdcəyə ödənilməli olan ƏDV məbləğini 773,38 manat göstərməklə 54 421,56 manat ƏDV-ni, ümumilikdə 126 421,64 manat ƏDV-ni az hesablamış, bundan əlavə 2015-ci ilin 2-ci rübü üzrə ödəmə mənbəyində tutulan vergi (ÖMV) bəyannaməsində dövlət büdcəsinə ödənilməli olan məbləği 25 340,73 manat göstərməli olduğu halda, vergi orqanlarına bəyannamə təqdim etməyərək 25 340,73 manat, həmçinin 2015-ci ilin 3-cü rübü üzrə ödəmə mənbəyində tutulan vergini 52 128,42 manat göstərməli olduğu halda, verği orqanına bəyannamə təqdim etməyərək 52 128,42 manat, ümumilikdə isə ödəmə mənbəyində tutulan vergini cəmi 77 469,15 manat az hesablanmış, yekun olaraq vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə külli miqdar təşkil edən ümumilikdə 203 890,79 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb.
Xatırladaq ki, B.Vəliyev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur. O, 204 min manat pulu mənimsəməkdə təqsirli bilinir.


Tags:  Rabitə işində təqsirləndirilən şəxs 204 min manat vergini dövlət büdcəsindən yayındırıb

RƏYLƏR


Top news