Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Buraxılış və qəbul imtahanları birləşdiriləcək? - Məleykə Abbaszadə açıqladı

Buraxılış və qəbul imtahanları birləşdiriləcək? - Məleykə Abbaszadə açıqladı

Elektron sınaq imtahanları keçiriləcək (18 Mart 2017 15:54)
Məleykə Abbaszadə fərqli obrazda - FOTO (18 Mart 2017 11:42)
Məleykə Abbaszadə Tarif Şurasının təsdiqlədiyi qiymətlərdən DANIŞDI (17 Mart 2017 12:48)

Tarix: 19 Noyabr 2016 15:54

 

“Buraxılış və qəbul imtahanı 20 ildir, müzakirə mövzusudur. Nədənsə hamı çalışır ki, təhsil sistemində olan problemlərin hamısını yalnız imtahan vasitəsilə həll olunsun. Amma bu, mümkün deyil”.

 

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, buraxılış imtahanı tədrisdəki dəyişikliklərə uyğun olaraq dəyişilir. 9 il əvvəl şagirdlərin məktəblərdə yeni kurrikuluma keçdiyini xatırladan M. Abbaszadə vurğulayıb ki, yeni tələblərə əsasən, uşaqların bilik və bacarığının ölçülməsi həyata keçirilməlidir.

 

Sədr qeyd edib ki, artıq orta ixtisas məktəblərinə və texnikumlara qəbulu abituriyentin buraxılış imtahanının (3 fəndən - ana dili, riyaziyyat və xarici dil) nəticəsinə əsasən, həyata keçir: “İkincisi, qabiliyyət tələb edən ixtisaslara qəbul üçün abituriyentlər yalnız buraxılış imtahanı, sonradan qabiliyyət imtahanı verməlidirlər. Ancaq elə ixtisaslar var ki, abituriyent yalnız 3 fəndən imtahan verərək müsabiqədə iştirak edə bilməz. Bunun üçün yavaş-yavaş buraxılış imtahanlarında fənlərin sayı artmalıdır. Deməli, vahid imtahana keçmək üçün həm fənlərin sayı artmalı, həm də imtahanın forma-modeli dəyişməlidir. Çünki məktəblərdə artıq yeni kurrikulum tətbiq olunur. Buraxılış və qəbul imtahanlarının nə zaman birləşəcəyini demək çətindir. Çünki builki IX sinfin buraxılış imtahanlarının nəticəsinə görə araşdırma aparılacaq. Yalnız bundan sonra biz bununla bağlı hansısa dəqiq fikir söyləyə biləcəyik”. 

 


Teqlər:  Buraxılış qəbul imtahanları birləşdiriləcək Məleykə Abbaszadə açıqdı



RƏYLƏR


Top xəbərlər