Elza Seyidcahan "Bu şəhərdə" haqqında: "İnsan kimi onlara ..." - VİDEO - FOTO

Elza Seyidcahan "Bu şəhərdə" haqqında: "İnsan kimi onlara ..." - VİDEO - FOTO
15:57 19 Noyabr 2016
297 Şou
Ölkə mətbuatı
A- A+

"ARB Ulduz"da yayımlanan "Şou Məkan" proqramının əməkdaşları bu dəfə gülüş ustaları, "Bu şəhərdə" kollektivinin Heydər Əliyev sarayında baş tutan konsertinə üz tutdular.

"Bu şəhərdə" komandası yenə Heydər Əliyev sarayında izdiham yaratdı. Həmişə olduğu kimi bu dəfə də "İki canlı" adlanan konsert proqramı anşlaqla keçdi.

Tanınmış simalar da bütün işlərini, güclərini atıb bir neçə saat belə olsa, "Bu şəhərdə"nin yumoru ilə dincəlmək üçün burda iştirak edirlər.

Nahidə Orucova: "Gəldim ki, mənin "canım, ciyərlərim" Rafael və Coşqunun konsertində mütləq iştirak edim. Çünki onlar bütün konsertlərində məni yada salırlar, dəvətnamə verirlər. Çox sağ olsunlar".

Konsert proqramı zamanı son vaxtlar hər kəsin dilində dolaşan Samiraldo da parodiya olundu. Səhnəcik zamanı stilist özü də səhnəyə çıxaraq, aktyorlarla birlikdə rəqs etdi.

Hər dəfəsində tanınmışları parodiya edən "Bu şəhərdə" komandası bu dəfə parodiyaya elə də çox yer verməyib. Bəzi məşhurlar onları parodiya edəndə dəliyə-divanəyə çevrilsələr də, Elza xanım bundan narahat deyil.

Elza Seyidcahan: "Sənətlərinə çox böyük hörmətim var. İnsan kimi onlara şəxsiyyət deyirəm. Dostlarımdı, zəhmətkeşdirlər. Hər zaman onların çıxışlarına heyran qalıram".

Rafael Coşqunun dediyi kimi iki canlı, üç canlı, dörd canlı - hər kəs bu konserti izləmək üçün məmnuniyyətlə gəldi. Konsertdə baş verənlər isə hələ uzun müddət müzakirə mövzusu olacaq.

Qeyd edək ki, "ARB Ulduz"  kanalına  Azərspace 1 peykində  11024 Tezliyində ,  Polyarizasiya: (V), FEC 5:6,  Symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/491101.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR