Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Buraxılış və qəbul imtanlarının birləşdirilməsinin şərti açıqlandı

Buraxılış və qəbul imtanlarının birləşdirilməsinin şərti açıqlandı

Date: 19 November 2016 16:05

"Buraxılış və qəbul imtahanı 20 ildir, müzakirə mövzusudur. Nədənsə hamı çalışır ki, təhsil sistemində olan problemlərin hamısını yalnız imtahan vasitəsilə həll olunsun. Amma bu mümkün deyil.

Milli.Az-ın APA-ya istinadən xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, buraxılış imtahanı tədrisdəki dəyişikliklərə uyğun olaraq dəyişilir. 9 il əvvəl şagirdlərin məktəblərdə yeni kurrikuluma keçdiyini xatırladan M.Abbaszadə vurğulayıb ki, yeni tələblərə əsasən, uşaqların bilik və bacarığının ölçülməsi həyata keçirilməlidir.

Sədr qeyd edib ki, artıq orta ixtisas məktəblərinə və texnikumlara qəbulu abituriyentin buraxılış imtahanının (3 fəndən - ana dili, riyaziyyat və xarici dil) nəticəsinə əsasən, həyata keçir: "İkincisi, qabiliyyət tələb edən ixtisaslara qəbul üçün abituriyentlər yalnız buraxılış imtahanı, sonradan qabiliyyət imtahanı verməlidirlər. Ancaq elə ixtisaslar var ki, abituriyent yalnız 3 fəndən imtahan verərək müsabiqədə iştirak edə bilməz.

Bunun üçün yavaş-yavaş buraxılış imtahanlarında fənlərin sayı artmalıdır. Deməli, vahid imtahana keçmək üçün həm fənlərin sayı artmalı, həm də imtahanın forma-modeli dəyişməlidir. Çünki məktəblərdə artıq yeni kurrikulum tətbiq olunur. Buraxılış və qəbul imtahanlarının nə zaman birləşəcəyini demək çətindir. Çünki builki IX sinfin buraxılış imtahanlarının nəticəsinə görə araşdırma aparılacaq. Yalnız bundan sonra biz bununla bağlı hansısa dəqiq fikir söyləyə biləcəyik".

Milli.Az


Tags:  Buraxılış qəbul imtanlarının birləşdirilməsinin şərti açıqlandı

RƏYLƏR


Top news