İstanbulda qiyam: 100-dən çox... - VİDEO/FOTO

İstanbulda qiyam: 100-dən çox... - VİDEO/FOTO
16:13 19 Noyabr 2016
107 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbulun Kumkapı rayonunda qeyri-qanuni miqrantların deportasiya olunmaları üçün saxlandıqları mərkəzdə qiyam baş verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, miqrantlar ilk olaraq otaqlardakı yataq dəstlərini yandırıblar.

Polisin ilkin müdaxiləsi miqrantların qarşısını almaq üçün kifayət etməyib. Hadisə yerinə çox sayda polis və xilasetmə qrupu cəlb olunub.

Qarışıqlıqdan istifadə edən müxtəlif ölkələrin 100-dən çox vətəndaşları qapıları qıraraq binadan qaçıb. Hüquq mühafizə orqanları qaçanların arxasınca havaya atəş açıb. İstanbul polisi onların axtarışlarına başlayıb. Miqrantların bəziləri tutulub.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüblər.

Ömər Dağlı




Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176576.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR