Sumqayıtda qanunsuz dini ədəbiyyat aşkarlandı

Sumqayıtda qanunsuz dini ədəbiyyat aşkarlandı
16:23 19 Noyabr 2016
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıt şəhər sakinlərinə məxsus olan 9 mağazadan satışına razılıq verilməmiş və markalanmamış dini təyinatlı ədəbiyyat və “DVD” disklər götürülüb.

Publika.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının noyabrın 18-də Sumqayıt şəhəri ərazisində birgə əməliyyat keçiriblər.

Əməliyyat nəticəsində şəhər sakinlərinə məxsus olan 9 mağazadan satışına razılıq verilməmiş və markalanmamış dini təyinatlı ümumilikdə 328 ədəd ədəbiyyat və 315 ədəd “DVD” disklər aşkar edilərək götürülüb.

Həmin mağazaların lisenziyası olmadan fəaliyyət göstərmələri də müəyyən edilib.

Faktlarla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 516-cı maddəsi ilə protokollar tərtib olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/176577.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR