Əfsanəvi futbolçu Xuan Sebastian Veron ikinci dəfə karyerasını bərpa etməyə hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Veron yenidən “Estudiantes”in formasını geyinəcək.
İlk dəfə 2012-ci ildə butslarını mıxdan asan və 2 ildən sonra yenidən “Estudiantes”in heyətində görünən 41 yaşlı argentinalı elə həmin il ikinci dəfə təqaüdə çıxmışdı.
Əgər azarkeşlər yeni istifadəyə verilən stadionda biletlərin 65-ni alsalar, o zaman Veron 2017-ci ildə Libertadores Kubokunda və ölkə çempionatında “Estudiantes”in uğurları üçün çalışacaq.
Qeyd edək ki, Veron hazırda “Estudiantes”in prezidenti vəzifəsini də icra edir.