Futbolçu Arda Turan və sevgilisi Aslıhan Doğanın ayrılması haqda xəbərlər təsdiqlənib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadn məlumatına görə, son zamanlar aralarında gərginlik olduğu deyilən cütlük il yarımlıq münasibətlərini bitirib.
Bir neçə gün əvvəl model Ebru Şallıyla Ardanın yazışmalarının mediada yayılması ayrılıq iddialarını gündəmə gətirmişdi. Bu iddiaları isə Ardanın həmkarı Oğulcan Enginin atası Sinan Engin təsdiqləyib. "Beyaz futbol" verilişinin şərhçisi S.Engin "Renli sayfalar" proqramında "Arda hazırda tənhadır. Sevgilisindən də ayrıldı" deyib.
Qeyd edək ki, S.Enginin müğənni Seda Sayanla evliliyindən olan oğlu Oğulcanla Arda yaxın dostdurlar.