Paytaxtda qapısız tualetlər düzəldilir - FOTO

Paytaxtda qapısız tualetlər düzəldilir - FOTO
16:58 19 Noyabr 2016
234 Digər
Ölkə mətbuatı
A- A+

Qədim Romalılar bura fəlsəfi söhbətlər aparmaq üçün əlverişli məkan kimi baxıblar, fransızlar isə XVI əsrə qədər ondan xəbərsiz olublar, Azərbaycanda isə 2016-cı ildə onun tikintisi üçün 90 min 300 dollar xərcləndi.

Söhbət tualetlərdən gedir. Bu faktları əbəs yerə xatırlatmırıq. Çünki bu gün Beynəlxalq Tualet Günüdür. Bununla bağlı BMT Baş Assambleyası qətnamə qəbul edib. Baş Assambleya üzvləri təəssüf hissi ilə qeyd ediblər ki, bu gün 2,5 milyard insan hələ də sanitariya sahəsinin əsas xidmətlərindən istifadə etmək hüququndan məhrumdur. Qətnamədə bütün üzv dövlətlər bu sahədə müvafiq addımlar atmağa çağırılıb.

Baş Assambleya üzvləri vurğulayıblar ki, sanitariya sahəsində xidmətlərin mövcud olmaması insanların sağlamlığına təsir edir, yoxsulluq səviyyəsinin azaldılması və sosial-iqtisadi inkişafı sahəsində səylərin nəticələrini azaldır.

İlk tualet nə zaman yaranıb?

İlk tualetin nə vaxt yarandığı çox mübahisəlidir. İddialara görə, bu gün Pakistanın yerləşdiyi bölgədə, eramızdan əvvəl 3000-ci illərdə unitaz mexanizmlərinin istifadə edilib. Mesopotamiyada isə e.ə 2300-ci illərdə axar suların üzərinə tualet sistemləri olub. Oturacaqlı tualetin eradan 2600 il əvvəl Şumer çariçasına aid olduğu iddia edilir. Şotlandiya ərazisindən isə 5000 il yaşı olan stulabənzər tualetin qalıqları tapılıb. E.ə. 2100-cü ilə aid tualetə Misirdə, daha sonralar isə Parisdə və Hindistan yarımadasında da rast gəlinib. Çində isə 5-ci ərsdən tualet kağızları istehsal edilir. Antik Roma tualeti, Efesdə mövcuddur. Romada ilk ictimai tualet təkcə ehtiyacları ödəmək üçün deyil, həm də fəlsəfi söhbətlər aparmaq üçün əlverişli yer olub. Daş stullar formasında olan tualetlərdə ilk olaraq nökərlər oturub daşı isidir, sonra isə varlı romalılar öz təbii ehtiyaclarını burada ödəyirdi. Bu tualetlərin xüsusi kanallara çıxışı var idi ki, onları da su yuyub aparırdı. Roma tualetlərindən ancaq imkanlı romalılar istifadə edirdi. Yerdə qalan əhali isə tualet ehtiyaclarını küçədə ödəyirdilər.

Bəzənsə saraydan kənara çıxmağa tənbəllik edən əyanlar güvəclərdən (qorşok) istifadə ediblər. Varlıların güvəcləri qızıl və bahalı daşlarla bəzədilir, digərləri isə adi qablardan istifadə edirdi. Fransız tədqiqatçıların yazdığına görə, şəhərlərdə elə bir çala yox idi ki, ora güvəclər boşaldılmasın. Çirkabın iyindən adamlar başlarını pəncərədən çölə çıxara bilmirdilər. Hətta Parisdə belə bir fərman çıxmışdı ki, adamların özlərini qorumaları üçün çirkabı atmamışdan əvvəl üç dəfə bərkdən "Diqqət, tökürəm" deyə bağırması lazım idi. İlk su ilə yuyulma sistemi olan tualetin layihəsini dahi Leonardo da Vinçi kral I Fransua üçün təklif eləyib. Lakin dahinin əksər ixtiraları kimi bu tualet layihəsi də kağız üzərində qalıb. Avropada 1738-ci ildə tualetin yuyulan variantı meydana gəlib. Fərziyyələrdən birinə görə, həmin vaxtdan etibarən ilk dəfə olaraq Fransada tualetsiz ev tikməyə icazə verməməyə başlayıblar.

Su ilə yuyulan tualet

Tualet stulu (Avropa, XIX əsr) XVIII əsrin ortalarında mühəndislərin su ilə yuyulan ayaqyolu ilə bağlı ideyaları yaranıb. XIX əsrdə kiçik Britaniya kəndindən olan çilingər Tomas Krepper kanalizasiyaya çıxışı olan və pis qoxunu aradan qaldırmaq üçün suyun axıdıla biləcəyi müasir formalı unitazı və U-şəkilli kanalizasiya borusunu ixtira edib. İlk unitaz farfordan hazırlanıb və vaza şəklində olub. Krepper öz şirkətini yaradaraq Bukingem və Vindzor saraylarında bu santexnika aparatlarını quraşdırıb. XX əsrin əvvəllərində İspaniya şirkəti olan "Unitas" (bu sözün ilk hərfi U-şəkilli boruya işarə idi) oturacağı və su bakı olan tualetin istehsalına başlayıb. Həmin firmanın sayəsində "unitaz" sözü məişətə daxil olub. 1871-ci ildə Berlindəki evlərin 9%-də sifon sistemi olub.

Açıq tualetlər dəbdə

Bu gün isə dünyada ictimai yerlərdə daha müasir tualetlər qurulur. Məsələn, bu ilin dekabrında Rusiyanın paytaxtı Moskvada Dostluq parkında köşklərsiz, qapılarsız tualetlər istifadəyə veriləcək. “Gələcəyin tualetləri” paytaxtda sınaqdan keçiriləndən sonra digər əyalətlərdə də istifadə ediləcək. “Açıq tualet” layihəsi”nin rəhbəri Serqey Ozerovun sözlərinə görə, bu tualetlər kişilərin küçədə ağac arxalarında gizlənmələrinin qarşısını alacaq.

Bu tualetlər pulsuz olacaq və əlavə təmizliyə ehtiyacı yoxdur. Amsterdamda çoxdan tətbiq edilən bu yenilik Rusiyada birmənalı qarşılanmayıb. Xüsusən, Moskva Memarlar İttifaqı paytaxt küçələrində belə ayaqyoluların yerləşdirilməsinə qarşı imza toplamağa başlayıb. Onlar bu cür tualetlərin çimərliklərdə qurula biləcəyini deyirlər. Amma ictimai yerdə, qadınların, uşaqların gözü qarşısında belə məkanların olmasını qəbul etmirlər.

Layihə rəhbəri isə tətbiq edəcəkləri bu layihənin Rusiya küçələrindəki acınacaqlı vəziyyəti aradan qaldıracağını düşünür.

“Biz xüsusən, kişiləri nəzərdə tutaraq belə tualetlər hazırladıq. Çünki kişilər təbii ehtiyaclarını ödəmək üçün ya ağacların arxasını, ya da hasarları seçməli olurlar. Bu insanlar da tualet mədəniyyətini formalaşdıracaq”, - deyə Serqey Ozerovun bildirib.

Yapon mühəndisləri isə sidiyi təhlil edən, təzyiqi, qan şəkərini və kilonu ölçən “ağıllı tualet” icad ediblər. “Ağıllı tualet”ın qiyməti 350-500 min avro arasında dəyişir. Bu tualetlərdə uunitazın qapağı, adam tualetə girər-girməz öz-özünə avtomatik açılır.

90 min dollarlıq tualet

Bu gün Azərbaycanda da ictimai tualetlərlə bağlı vəziyyət heç də ürəkaçan deyil. Düzdür, hələ ki, bizdə nə açıq, nə də pulsuz tualetlər yoxdur, amma olanlar da heç ürəkaçan deyil. Paytaxtda qiymətləri 20-80 qəpik arasında dəyişən ictimai tualetlərin təmizliyi də qiymətlə mütənasibdir. Bakıda sayları çox az, hətta barmaqla sayılacaq qədər olan ictimai tualetləri bir tapan sevinir, bir də oradan çıxan. Bölgələrdəki ictimai tualetlər isə heç müzakirəyə çxıarılacaq səviyyədə belə deyil. Sadəcə dörd divarı olan bu məkanlarda kanalizasiya sistemindən başqa heç nə yoxdur.

Bu ilin may ayında Beyləqan rayonunda Yaponiyanın ayırdığı 90 min 300 dollar qrant hesabına iki məktəb tualetinin təntənəli şəkildə açılış mərasimi keçirilir. Bu məsələ günlərlə müzakirəyə çıxarılsa da, yaponlardan tualet mədəniyyətində öyrənəcəyimiz çox şeyin olduğunu göstərmiş oldu.

Gülxar








Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/176568.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR