Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Şansları dəyərləndirə bilmədik” – Adil Şükürov

“Şansları dəyərləndirə bilmədik” –   Adil Şükürov

Date: 19 November 2016 17:17

Qəbələdən məğlub qayıtmaq istəmirdik. Əlimizə düşən şansları dəyərləndirə bilmədik”. Fanat.Az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Adil Şükürov deyib.


“Zirə” bu gün Topaz Premyer Liqasının XII turunun açılış oyununda “Qəbələ”yə uduzdu (0:1). Şükürov məğlubiyyətə rəğmən, komandasından razı qalıb: “Ələ düşən şansları buraxmamalıydıq. Bunun üzərində işləməliyik. Komanda olaraq yaxşı oynadıq. Futbolçularımız sonadək döyüşdülər.  Cavid Tağıyevin epizoduna gəlincə, qayda pozuntusu olub-olmadığını dəqiq görmədim. İstənilən halda, hakim epizoda daha yaxındı. Əgər o, fit çalmayıbsa, oynamaq lazımdır”.


Fanat.Az



Tags:  Şansları dəyərləndirə bilmədik Adil Şükürov

RƏYLƏR


Top news