"Futbolçular sekslə nə qədər çox məşğul olsalar..."

"Futbolçular sekslə nə qədər çox məşğul olsalar..."
17:26 19 Noyabr 2016
302 Şou
Ölkə mətbuatı
A- A+

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola klubun keçmiş futbolçusu Samir Nasrinin "seks qadağaları" açıqlamasına cavab verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Qvardiola onun futbolçulara gecəyarıdan sonra seksi qadağan etməsi iddiasının yalan olduğunu bildirib. O, gülərək deyib:

"Sekslə məşğul olmursunuzsa, yaxşı futbol oynamağınız mümkün deyil. Bunu əsla qadağan etməmişəm və heç vaxt da etmərəm. Əksinə, futbolçular sekslə məşğul olmaq məcburiyyətindədirlər. Nə qədər çox olsa, o qədər də yaxşı futbolçu olurlar".

Qeyd edək ki, S.Nəsri açıqlamasında Qvardiolanın onların hər işinə qarışdığını, seks qadağası qoyduğunu bildirib. O, məşqçinin hətta "Barselona"da olduğu zaman bu qadağanı Messiyə də tətbiq etdiyini deyib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61481

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR