Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Poroşenko Trampın inaqurasiya mərasiminə qatılmayacaq

Poroşenko Trampın inaqurasiya mərasiminə qatılmayacaq

Date: 19 November 2016 17:32

Ukrayna prezidenti Petro Poroşenko ABŞ-ın 45-ci dövlət başçısı Donald Trampın 2017-ci il yanvarın 20-də keçiriləcək inaqurasiya mərasiminə qatılmayacaq.

Milli.Az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın ABŞ-dakı səfiri Valeri Çalıy bildirib.

"ABŞ-da baş tutacaq inaqurasiya mərasimində dövlət başçıları iştirak etməyəcəklər. Tədbir qaydalara uyğun olaraq səfirlər səviyyəsində keçiriləcək", - V. Çalıy söyləyib.

Diplomat, həmçinin qeyd edib ki, növbəti ilin fevralında P. Poroşenko Vaşinqtona səfər edə bilər.

Milli.Az


Tags:  Poroşenko Trampın inaqurasiya mərasiminə qatılmayacaq

RƏYLƏR


Top news