Rusiya Türkiyə pomidorlarına 2-3 illik qadağa qoyur

Rusiya Türkiyə pomidorlarına 2-3 illik qadağa qoyur
17:54 19 Noyabr 2016
169 Digər
Ölkə mətbuatı
A- A+

 

Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi ölkənin İqtisadi İnkişaf Nazirliyinə Türkiyədən pomidor idxalına bir müddət icazə verməməyi təklif edib.

 

AZƏRTAC “lenta.ru”ya istinadla xəbər verir ki, bu barədə nazirliyin ərzaq bazarlarının tənzimlənməsi departamentinin direktoru Vladimir Volik Soçidə keçirilən II Dünya Taxıl Forumunda deyib.

 

“Türkiyədən pomidor gətirilməsini yaxın iki-üç ildə təxirə salmaq zərurəti barədə İqtisadi İnkişaf Nazirliyinə bildirmişik. Hələ ki, məsələ müzakirə olunur”, - deyə direktor qeyd edib

 

Məmur Türkiyədə istehsal olunan pomidorun idxalının təxirə salmaq zərurətini investisiya qoyulması nəticəsində yerli istixana təsərrüfatının aktiv inkişaf etməsi ilə izah edib. Qeyd edib ki, yatırılan sərmayənin çıxarılması, məhsulun rəqabətqabiliyyətli olması üçün hələ 2-3 il vaxt lazımdır.

 

Xatırladaq ki, oktyabrın sonunda Türkiyənin sitrus məhsullarının Rusiyaya ixracı bərpa edilib. Bu ilin oktyabr ayından 2017-ci mart ayınadək Türkiyə daha 600 min ton belə məhsul idxal etməyi planlaşdırır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259986

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR