Vidadi Zeynalov övladlarının adına olan şirkətdən nələr qazanıb?

Vidadi Zeynalov övladlarının adına olan şirkətdən nələr qazanıb?
18:12 19 Noyabr 2016
159 Ölkə
Ölkə mətbuatı
A- A+

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun cinayət əməlləri üzrə yeni epizodlar məlum olur. Dövlət büdcəsindən ayrılmış vəsaitləri, nazirliyin tabeliyində olan ayrı-ayrı müəssisələrdən əldə olunmuş milyonları şəxsi güzəranlarının yaxşılaşdırılması üçün ələ keçirən Vidadi Zeynalov və onunla birlikdə həbs edilən 10 nəfərin cinayət işi üzrə istintaq materialları "yeyinti əməliyyatı"nın təfərrüatlarını ortaya çıxarır.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, istintaq materiallarında yer alan məlumatlar sırasında bir neçə özəl şirkətin nazirliklə əməkdaşlığı diqqət çəkir. Həmin şirkətlər nazirliyin tabeliyində olan müəssisələrdə, telefon qovşaqlarında təmir-tikinti işlərinin aparılmasında, poçt xidmətlərinin göstərilməsində iştirak edib. Özü də Vidadi Zeynalovun və sabiq nazir Əli Abbasovun "krışalığı" ilə.

Əli Abbasovun şirkəti

Bu şirkətlət arasında diqqət çəkənlər əsasən "Qafqaz-S İnşaat" MMC və "P.L.Z" MMC-dir.

"Qafqaz-S İnşaat" MMC sabiq nazir Əli Abbasovun qaynı Elçin İbrahimova məxsus olub. Bunu istintaqa ifadə verən bir neçə şahid də təsdiqləyib.

"P.L.Z" MMC isə Vidadi Zeynalova məxsus olub və şəxsən özü tərəfindən nəzarətdə saxlanılıb.

Bunu istintaqa şahid qismində ifadə verən "Azərpoçt" MMC-nin baş mühasibi Abdulla Qeybullayev də təsdiqləyib.

A.Qeybullayev 1994-cü ildən 2011-ci ilə kimi "Azərpoçt" MMC-nin əməkdaşı olub, sonuncu vəzifəsi MMC-nin baş direktorunun müşaviri olub.

O istintaqa deyib ki, "Azərpoçt" MMC-də işlədiyi üçün Vidadi Zeynalov onu tanıyıb və 2013-cü ilin yanvar ayında özünə məxsus "P.L.Z." MMC-nin mühasibatlıq işlərini aparmasını ona təklif edib.

Əsas işi isə MMC-nin maliyyə vəziyyəti barədə mütəmadi olaraq V.Zeynalova məlumat vermək olub. Ay ərzində cəmi 3 və ya 5 gün ərzində "P.L.Z." MMC-yə gəlib mühasibatlıq işlərini həyata keçirib, vergi və sair ödənişlərin aparılmasını təmin edib. Aylıq hesabatları isə mütəmadi olaraq Vidadi Zeynalova şəxsən təqdim edib.

Vidadi Zeynalovun sürücüsünün adına şirkət

Şahid deyib ki, MMC-nin faktiki sahibi Vidadi Zeynalov olduğu üçün mühasibatlığa da V.Zeynalovun özü nəzarət edib. MMC-nin təsisçisi Vidadi Zeynalovun sürücüsü Elçin Əliyev olsa da, bu formal xarakter daşıyıb.

A.Qeybullayev deyib ki, işlədiyi dövrdə təmir-tikinti işləri ilə əlaqədar keçirilmiş tender və kotirovka sorğuları zamanı qalib elan edilmiş "P.L.Z" MMC, "Qafqaz-S İnşaat" MMC, "Fərid R" MMC, "Real-Tikinti Quraşdırma" MMC və "Violin Travel" MMC-dən köçürülmüş vəsaitə görə hər hansı məbləğdə pul alınmayıb.

O, "Qafqaz-S İnşaat" MMC-nin Əli Ababsovun qohumu Elçin Mustafayevə məxsus olduğunu da bildirib.

İstintaq zamanı şahid qismində Mahmud İbrahimov da dindirilib.

O, ifadəsində qeyd edib ki, 2012-2013-cü illərdə nazirliyin bir sıra rabitə müəssiələrinin təmir-tikinti işləri ilə məşğul olub. Həmin dövrdə də "P.L.Z." MMC-nin təsisçisi kimi Elçin Əliyevi tanıyıb. Daha sonra isə E.Əliyevin təklifi ilə 2013-cü ilin fevral ayından MMC-nin direktoru vəzifəsinə təyin edilib. Şahid istintaqa ifadəsində onu da deyib ki, "P.L.Z." MMC fəaliyyətini dayandırıb.

O qeyd edib ki, bundan əvvəl isə "P.L.Z." MMC nazirliyin müəssiələrinə aid yerli və beynəlxalq poçt daşınması və təmir işləri ilə məşğul olub.

Yerli daşınmalar, əsasən, Bakı şəhəri ərazisində həyata keçirilib və bütün yerli daşınmaları MMC-nin öz kuriyerləri həyata keçiriblər. Təxminən 7-8 nəfər məktubların daşınması işləri ilə məşğul olub. Beynəlxalq poçt daşınması ilə əlaqədar isə MMC-nin "Azərpoçt" MMC-nin Poçt Daşıma Mərkəzi, 1 saylı Poçt filialı və "Azəreksprespoçt" RM-lə müqavilələri olub, beynəlxalq daşınmalar da məhz həmin təşkilatlar vasitəsilə həyata keçirilib. 

Şahid qismində Vidadi Zeynalovun sürücüsü də ifadə verib.

Elçin Əliyev ifadəsində göstərib ki, 1995-ci ildən 2013-cü ilin aprel ayına kimi Vidadi Zeynalovun xidməti sürücüsü olub. İş yeri isə Vidadi Zeynalovun işlədiyi müəssisələr kimi göstərilib. Yəni, həmin müəssisələrdə sürücü kimi işə götürülməklə aparat rəhbərinə xidmət göstərib.

İstifadəsinə sonuncu dəfə "Mersedes E Class" markalı 10-AH-444 dövlət nömrə nişanlı avtomobil verilib.

Zeynalovun övladları Pərviz, Lalə və Zeynalın baş hərfləri- "P.L.Z" MMC

2013-cü ilin aprel ayından 2015-ci ilin oktyabr ayına kimi isə "Azərpoçt" MMC-nin Poçt Daşıma Mərkəzində Nəqliyyat şöbəsinin rəisi işləsə də sonradan işsiz qalıb.

E.Əliyev istintaqa deyib ki, 2005-ci ildə V.Zeynalov ona özü üçün yeni şirkət yaratmaq və həmin şirkəti onun adına sənədləşdirmək istədiyini deyib. O da Vidadi Zeynalovun bu təklifinə etiraz etməyib. Lakin həmin şrikətə heç bir aidiyyəti olmayıb.

E.Əliyev deyib ki, şirkət faktiki olaraq Vidadi Zeynalova məxsus olmaqla şirkətin adı V.Zeynalovun övladları Pərviz, Lalə və Zeynalın baş hərflərindən ibarət olub.

Beytulla Hüseynov da Zeynalova qarşı ifadə verib

Sonradan V.Zeynalovun sürücüsü vəzifəsindən çıxarılsa da şirkətin təsis sənədləri dəyişdirilməyib.

"P.L.Z" MMC-nin rəhbərinin Vidadi Zeynalov olmasını istintaqa ifadəsində BTRİB-in rəhbəri olmuş Beytulla Hüseynov da təsdiqləyib.

B.Hüseynov istintaqda deyib ki, Vidadi Zeynlova məxsus "PLZ", keçmiş nazir Əli Abbasova məxsus "Qafqaz S" özəl təşkilatlar tərəfindən görülən işlər üzrə qiymətlərin artırılması ilə əldə olunan vəsaitdən ona pul verilməyib.

Xatırladaq ki, Vidadi Zeynalovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu məhkəmə prosesində sabiq aparat rəhəbrinin vəkili vəsatətlət çıxış edərək "P.L.Z" MMC ilə bağlı hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittihamların əsassız olduğunu demişdi. Vəkil şirkətin təsisiçisinin Elçin Əliyev olduğunu və Vidadi Zeynalovun məsuliyyət daşımadığını bildirirdi.

Milli.Az

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Bu filmlər sağlamlığınız üçün CİDDİ TƏHLÜKƏDİR - FOTOLAR

30 Mart 2017 14:53

"Avtobus oturacaqları o qədər çirklidir ki, gözümü yumub otururam" - FOTO

30 Mart 2017 14:52

Aktrisa sevgilisinə etiraf etdi

30 Mart 2017 14:52

Keçmiş arvadını 27 dəfə bıçaqlayan şəxsə AĞIR CƏZA

30 Mart 2017 14:49

Azərbaycanlı aparıcıdan küçədə ÖPÜŞ TƏKLİFİ

30 Mart 2017 14:48

Özbaşınalığa görə cərimənin miqdarı artırılır

30 Mart 2017 14:47

Ulduz futbolçu MY-dən getdi - RƏSMİ

30 Mart 2017 14:47

Mətanət İsgəndərlinin qızı 3-cü dəfə nişanlandı

30 Mart 2017 14:44

Rusiyada dolların böhranı: 21 aylıq minimuma endi

30 Mart 2017 14:42

Kişilər, yeməyi təkbaşına yeməyin

30 Mart 2017 14:42

Tanınmış müğənni ölümündən 3 sonra basdırıldı

30 Mart 2017 14:39

Sarkisyanı kim öldürmək istəyir?

30 Mart 2017 14:38

Azərbaycandan ixraca görə rüsumun tətbiq edildiyi məhsullar artırılıb - SİYAHI

30 Mart 2017 14:37

Partiya sədri aclıq aksiyasına başlayır - TÜRKİYƏDƏ

30 Mart 2017 14:34

Daha bir Nobel mükafatçısı öldü

30 Mart 2017 14:32

İNANILMAZ! İlan modelin döşünü dişləyib öldü - FOTO

30 Mart 2017 14:32

Bakıda avtomobil yolu ÇÖKDÜ

30 Mart 2017 14:32

"Çevriliş cəhdinin təşkilatçısını Türkiyədə gizlədirlər"

30 Mart 2017 14:32

71 əsgər öldü

30 Mart 2017 14:29

Merve ana olmaq istəyir

30 Mart 2017 14:27

Tanınmış teleaparıcı Azərbaycandan getdi - FOTO

30 Mart 2017 14:23

Heydər Əliyev prospektinin bir hissəsi bağlanır

30 Mart 2017 14:23

“Maraqlıdır, Xaqani özü gənclik vaxtı öpüşübmü? - SORĞU

30 Mart 2017 14:23

Aktrisa lüt şəklini yaydı, izləyicilər yıxıb-sürüdülər: niyə bizi aldadırsan? - FOTO

30 Mart 2017 14:22

Bakının Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır

30 Mart 2017 14:22

Günün matçlarını yayımlayacaq kanallar

30 Mart 2017 14:22

"Qarabağ" "Fənərbaxça"nın qapıçısına elçi düşüb

30 Mart 2017 14:19

Natavanla Sevda eyni geyimdə - FOTOLAR

30 Mart 2017 14:18

Xaricdəki azərbaycanlı məhbuslarla bağlı prosedur müəyyənləşdi - Qalan cəzalarının Vətəndə çəkmələri ilə bağlı

30 Mart 2017 14:17

​Metroda öpüşən gənclərin görüntüləri üzə çıxdı

30 Mart 2017 14:15

Volkan Dəmirəl "Qarabağ"a gəlir? - FOTO

30 Mart 2017 14:12

Mərkəzi Bank krediti DAYANDIRA BİLƏR

30 Mart 2017 14:12

Şükrü evlənir - FOTO

30 Mart 2017 14:12

Ruhani: "İran və Azərbaycan yaxın zamanlarda Rəşt-Astara dəmir yolunun tikintisinə başlayacaq"

30 Mart 2017 14:12

Öpüşün cənablar, öpüşün - FOTOLAR

30 Mart 2017 14:08

Baş katib Minskə niyə gedir?

30 Mart 2017 14:07

Elm aləminə daha bir ağır itki

30 Mart 2017 14:07

Azərbaycan Rusiyaya şərab ixracını artıra bilər

30 Mart 2017 14:05

"Bizə Levandovski, Modest və Obameyanq kimi futbolçular lazımdır"

30 Mart 2017 14:05

“Putin gələcəyi haqqında düşünür, amma...” - Bjezinski “Yeni SSRİ”nin ÖLÜM TARİXİNİ AÇIQLADI

30 Mart 2017 14:03

Aşıq Samirə keçmiş əri haqda nələr dedi...

30 Mart 2017 14:02

8 yaşdan yuxarı 18 uşaq I sinfə qeydiyyatdan keçib

30 Mart 2017 13:59

Direktor 30 yaşlı seksual müəlliməni bu hərəkətinə görə məktəbdən qovdu - FOTOLAR

30 Mart 2017 13:58

Vaxtı dəyişən "Kara Sevda" reytinqlərdə uduzdu - SİYAHI

30 Mart 2017 13:57

"Yeni müqavilə onun masasının üstündədi"

30 Mart 2017 13:57

Körpələrlə eyni yataqda gecələmək ölümə yol açır

30 Mart 2017 13:54

Timati futbol klubu təsis etməyə hazırlaşır

30 Mart 2017 13:52

Sürücülər, diqqət! - Bu yol bağlı olacaq

30 Mart 2017 13:49

Öpüşün inanılmaz faydaları

30 Mart 2017 13:48

Silah və texnikanı itirən, zədələyən və məhv edənlərin cəriməsi artırılır

30 Mart 2017 13:47