Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycandan Tacikistana 44,8 milyon dollarlıq yardım

Azərbaycandan Tacikistana 44,8 milyon dollarlıq yardım

Date: 19 November 2016 18:17

Tacikistan bu il Azərbaycandan humanitar yardım qəbul edib.

Milli.Az-ın qafqazinfo-ya istinadən məlumatına görə, bu barədə ölkə prezidenti yanında statistika agentliyi xəbər verib.

Bu ilin ötən on ayı ərzində Tacikistan 44,8 milyon dollar həcmində humanitar yardım alıb. Bu yardım dünyanın 53 ölkəsindən daxil olub.

Humanitar yardımın böyük hissəsi Çinin (27,9%) və Rusiyanın (21,3%) payına düşür. Tacikistana yardım əli uzatmış digər ölkələr isə bunlardır: Serbiya (8,2%), Hindistan (7,4%), Türkiyə (4,4%), Belçika (3,8%), İsveçrə (3,7%), ABŞ və Pakistan (hər biri 3,1%), Qazaxıstan (2,8%), Almaniya (2,2%), Danimarka (2%), Cənubi Koreya (1,5%), Hollandiya (1%), Azərbaycan və Fransa (hər biri 0,8%), Tailand (0,7%), İran (0,6%) və başqaları.

Milli.Az


Tags:  Azərbaycandan Tacikistana 44 milyon dollarlıq yardım

RƏYLƏR


Top news