“Joğovurd” qəzeti: 6 erməni hərbçi yaralanıb

“Joğovurd” qəzeti: 6 erməni hərbçi yaralanıb
18:17 19 Noyabr 2016
88 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 noyabr. REPORT.AZ/ Bu il noyabrın 15-də Ermənistanın 6 hərbi qulluqçusu hələ ki, açıqlanmayan səbəbdən yaralanıb.
“Report”un xəbərinə görə, bu barədə Emənistanın “Joğovurd” (Xalq) gündəlik qəzeti məlumat yayıb.
Qəzein xəbərinə görə, hərbçilərdən ikisinin vəziyyəti ağırdır.
“Joğovurd” qəzeti Ermənistanın müdafiə naziri Viqen Sarqsyana 2-si ağır olmaqla, 6 hərbi qulluqçunun yaralanması hadisəsinin hansı şəraitdə və harada baş verdiyi barədə sual verib. Lakin müdafiə naziri belə hadisənin baş vermədiyini və belə bir hadisə haqqında ona məruzə edilmədiyini bildirib.
“Joğovurd” qəzeti daha sonra qeyd edir ki, əslində, həmin gün, yəni noyabrın 15-də 2 hərbi qulluqçu ağır bədən travmaları ilə hospitala yerləşdiriliblər. Yerevandakı Hərbi hospitalda Qarabağdan olan Qevorq Seyranoviç Dadasyan və Ermənistanın Kəvər şəhər sakini Roman Araovic Sukiasyan müalicə olunur.
Ermənitan Müdafiə Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Qevorq Altunyan isə bildirib ki, qeyd olunan hərbi qulluqçular müxtəlif vaxtlarda, ayrı-ayrı şəraitdə yaralanıblar. Məlumata görə Qarabağdan olan Qevorq Seyranoviç Dadasyan bir gözünü itirib.



Xəbərin orijinal ünvanı: https://report.az/region/jogovurd-qezeti-6-ermeni-herbci-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR