Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Sizdən bir az yaxşı yaşayanı top-tüfəng atəşinə tutursunuz"

"Sizdən bir az yaxşı yaşayanı top-tüfəng atəşinə tutursunuz"

Date: 19 November 2016 18:57

Müğənni Nura Suri onu tənqid edənlərə sosial şəbəkədə sərt reaksiya verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi insanları bir-birini asanlıqla qınamamağa çağırıb.

"İnsanların şəxsi həyatıyla maraqlanıb müzakirə etməkdənsə, ətrafınıza nəzər salın. Müzakirə olunası, qınanılası çox problemlər var. İndiki zamanda hələ də qadınlara zülm edən kişilər, övladlarına əziyyət verən, onları alçaldan kişilər var. Heyvan balasını əzizləyir, qayğısına qalır. İnsan dediyimiz isə övladını küçələrə salır ki, dilənib pul qazansın.

Qınayın da belələrini! Niyə qınamırsınız?! Niyə ətrafınızda baş verənlərə biganəsiniz?! Amma kimsə bir az uğur əldə edibsə, sizdən bir az yaxşı yaşayırsa, top-tüfəng atəşinə tutursunuz. Başqa insanlar haqqında ağlınıza gələni danışanda düşünün ki, sizin ağlınız niyə belə işləyir və yalnız bunları düşünür. Bir az da özününzü qınayın", - N. Suri yazıb.

Milli.Az


Tags:  Sizdən az yaşayanı top-tüfəng atəşinə tutursunuz

RƏYLƏR


Top news