İranın ədəb-ərkan qaydaları - FOTO

İranın ədəb-ərkan qaydaları - FOTO
19:05 19 Noyabr 2016
189 Maraqlı
Ölkə mətbuatı
A- A+

Baqqal dükanından tutmuş nüvə danışıqlarınadək iranlılar hər yerdə özlərinə məxsus ədəb-ərkan qaydalarına riayət edirlər.

"Befərmayid" deyir Fatimə və əlinin amiranə işarəsi ilə mənim bir az da yeməyimi istəyir.

Mən qənirsiz iranlı ev sahibəsi, onun anası, iki qızı və bir oğlu ilə döşəmədə - mükəmməlcəsinə kamil İran xalçasının üstündə açılmış süfrənin kənarında əyləşirəm və özümün təərrüf təcrübəmi ilk dəfə olaraq işə salmalıyam.

Mən doğrudan da ağız suladan balıqlı səbzi plovdan yemək istəyirəm, amma bilirəm ki, ədəb-ərkan qaydalarına görə "hə"dən əvvəl bir neçə dəfə "yox-yox" deməliyəm.

Yaşlı və gənc

Təərrüf (mərifət sözü ilə eyni kökdəndir) dünyasında nəzakətlilik namus məsələsinə çevrilir.

Onun naminə insanlar qəbul etmək istədiklərindən imtina edir, ürəklərindən gəlməyən sözləri deyir, niyyətləri olmadan kimisə dəvət edir, pis xəbərləri saxta ümidlə əvəzləyirlər.

Milli.Az BBC-yə istinadən bildirir ki, belə etməklə onlar "kaş olaydı"nı olmuş kimi qəbul edirlər.

Bir dəfə mən Tehranda taksi sürücüsünə güc-bəla ilə bazarlaşdığımız 250 min rialı verirdim.

Qəribədir ki, o pulu almaqdan imtina edirdi.

"Yox almaram" deyirdi gülə-gülə. Mən peysərimi qaşıya-qaşıya təkid edirdim. O isə pulu almaqdan imtina edirdi. Nəhayət yorulub taksidən düşdüm. Düşündüm ki, "qoy belə olsun".

Amma dostum Rza izah etdi ki, sürücü sadəcə təərrüf edirmiş.

"Əlbəttə ki, o sizin pulu verəcəyinizi gözləyirdi - deyirdi Rza, - O pulu almaq istəmədiyini deməklə sizə öz mərifətini nümayiş etdirirdi. Onun təərrüfü qurtaranadək gözləmək, nə qədər kobud görünsə də pulu ödəmək lazım idi. Nəzakət nəzakət yerində, amma haqqı ödəmək lazımdır".

Taksi

Bu söhbət məni yamanca tutdu. Fikirləşirdim ki, görəsən o sürücü hələ də gülümsəyirdimi?

Baqqal dükanında alış-veriş etməkdən tutmuş nüvə danışıqlarına qədər hər işdə adamların davranışını məhz bu təərrüf adlanan qaydalar diqtə edir.

Bu fenomen konsepsiya baxımından ümumən pozitiv bir amil olsa da, sui-istifadə niyyəti olduqda mənfi çalar ala bilər.

Məsələn kimsə kiminsə səxavətindən mənfəətlənmək üçün fürsətlənmək istəyər.

Belə davranış İran cəmiyyətində mənfi hal kimi qarşılanır, çünki təərrüf lütfkarlıq ifadə etməkdən daha çox təkəbbürü pərdələyir.

"Təərrüfün əsas funksiyalarından biri də təvəzökar görünmək istəyidir, - deyir Minnesota Universitetinin antroplogiya professoru William O Beeman, - Adamlar başqalarının statusunu yüksəltməklə öz statuslarını aşağı salmağa çalışırlar".

Alimin fikrincə, paradoksal olan budur ki, İran kimi təbəqəli cəmiyyətdə...belə davranış sabitlik yaradır, çünki hər iki tərəfin bərabərliyini təsdiq edir.

Persepolis

İranı başqa Yaxın Şərq ölkələrindən fərqləndirən onun adət-ənənələrdə, dil və ədəbiyyat da daxil zəngin incəsənət növlərində ehtiva edən fars kimliyidir.

Rumi, Firdovsi, Hafiz və Ömər Xəyyam həm Şərqdə, həm də Qərbdə hörmət edilən şairlərdir və iranlılar öz irsləri ilə fəxr edirlər.

"Novruz - yəni fars yeni ili bizim ən mühüm bayramımızdır. Biz fars dilini qoruyub saxlamışıq.

Biz qanımız və ruhumuzla farsıq və bu dəyişə bilməz" - deyir Rza.

"Təərrüf İran xalqının mahiyyətidir. Bizim mədəniyyətimizdə adamın özünü birbaşa ifadə etməsi nəzakətsizlik kimi görünə bilər, - deyə izah edir İran rəssamı Fəriştə Nəcəfi, - İranlılar üçün nəzakətli sözlər həmişə çox mühümdür. Ola bilsin bu ona görə belədir ki, fars ruhunun içində bol poeziya var".

Qadınlar

Başqa bir fars ənənəsi qonaqpərvərlikdir. İranda qonaq qiymətli cəvahir kimidir.

Adamlar hətta özlərində kasad olan nəyisə sizinlə bölüşməyə, özlərinə almağa qıymadıqlarını sizə almağa hazırdırlar və təərrüf dediyimiz də elə budur.

Bu münvalla çaya dəvət, iranlılnın evində gecəni qalmaqla nəticələnə bilər. Kimdənsə yolu soruşsan, təzə bir dost tapa bilərsən.

Çünki həmin adam yolu sənə izah etməkdənsə, qabağına düşüb səni özü ora aparacaq. İranlılar həqiqətən də nəzakətlidirlər, lakin onların səmimi dəvətləri və nəzakətli jestlərinin çox incə hüdudları var.

"Sən adamlardan təərrüf göstərməməyi xahiş edə bilərsən, - deyir öz çarpayısını mənə vermiş Fatimə, - Qulaq asa da bilərlər, qulaq asmaya da. Bu da elə bir növ təərrüfdür".

Həqiqət budur ki, təərrüf - təərrüf kimi görünməməlidir. Bunun təərrüf olduğu nə qədər az hiss olunsa, demək o qədər uğurlu alınıb.

Əgər nədənsə şübhəlisənsə, həmişə başqalarının ehtiyaclarına öz ehtiyaclarından əvvəl bax. Bu elə bir hissdir ki, axırda özü özünü hasilə gətirir.

Milli.Az





RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Ötən il Bakıda keçirilən buraxılış imtahanlarında məzunların 8,51 %-i Ana dili fənnindən “2” alıb

26 Aprel 2017 18:12

Prezident İlham Əliyev Niderland kralını təbrik edib

26 Aprel 2017 18:12

Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək

26 Aprel 2017 18:12

Qərb siyasəti: liberalizmlə populizm arasında

26 Aprel 2017 18:12

Gəncə sakininin ÜSTÜNDƏN QATAR KEÇDİ

26 Aprel 2017 18:12

Bu oğlan 160 yaşlı qocanın bədənində yaşayır

26 Aprel 2017 18:10

Sürücülərə xəbərdarlıq: 22:00-dan ETİBARƏN...

26 Aprel 2017 18:08

Terrorçu PYD Türkiyənin sərhədyanı bölgəsindəki polis bölməsinə raket atıb

26 Aprel 2017 18:07

Azərbaycan Prezidenti CAR-ın dövlət başçısını təbrik edib

26 Aprel 2017 18:07

Həkimlər ayağını tərs tikdilər - FOTO

26 Aprel 2017 18:05

"Avropa Türkiyəyə təzyiq göstərməyə çalışır" - Ekspert

26 Aprel 2017 18:05

Gəncədə faciə: qatar 58 yaşlı kişinin üstündən keçdi

26 Aprel 2017 18:04

DİM: Məktəb müəllimlərinin çoxunun peşəkarlıq səviyyəsi aşağıdır

26 Aprel 2017 18:02

"Səbail" klubunda transferlərə dair qərar Müşahidə Şurasının iclasında veriləcək

26 Aprel 2017 18:02

XƏBƏRDARLIQ: Gecə telefonu elektrikə taxmayın

26 Aprel 2017 17:58

Azərbaycanda fermerlərin maliyyə resurslarına çıxışının asanlaşdırılması ilə bağlı tədbirlər planı hazırlanır

26 Aprel 2017 17:57

Ekspert: "Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının görüşündən ciddi nəticə gözləməyə dəyməz"

26 Aprel 2017 17:57

Elmar Məmmədyarov Lyuk Devini qəbul etdi

26 Aprel 2017 17:57

İstanbulda mikroavtobusda partlayış olub, 7 tələbə yaralanıb

26 Aprel 2017 17:57

Rusiya Suriyadakı Hmeymim bazasından aviaqruplaşmalarının yarısını çıxarıb

26 Aprel 2017 17:57

Elza Seyidcahan: “O itlərin toyuna gedərdim

26 Aprel 2017 17:55

"Bu il 2 milyard ton neftin hasil olunmasını qeyd edəcəyik" - İLHAM ƏLİYEV

26 Aprel 2017 17:54

Azərbaycanda QORXUNC HADİSƏ - Avtomobil transformatora çırpıldı

26 Aprel 2017 17:52

Məktəbi “5” qiymətlə bitirən məzunların yarıdan çoxu attestat qiymətlərini doğrulda bilməyib

26 Aprel 2017 17:52

Tələbələrimiz hədiyyə fondu $ 20 000 olan çempionatda qalib gəldilər - FOTO

26 Aprel 2017 17:52

Ədliyyə naziri Goranboyda vətəndaşları qəbul edib

26 Aprel 2017 17:52

DİM: Son 12 ildə orta məktəb məzunlarının sayı 35 778 nəfər azalıb

26 Aprel 2017 17:52

Azərbaycanda 9-11-ci sinifdə oxuyan 91 şagird yazıb-oxumağı bilmirmiş - QALMAQAL

26 Aprel 2017 17:49

31 yaşlı Hadisə görüntüsü ilə ŞOK ETDİ - FOTOLAR

26 Aprel 2017 17:48

Azərbaycanda bu da oldu: Gənc qız meymunla evləndi

26 Aprel 2017 17:47

Xərçəngə yoluxmayan yeganə heyvan

26 Aprel 2017 17:43

Akademik Zərifə Əliyevanın doğum günü münasibətilə aksiya keçiriləcək

26 Aprel 2017 17:42

Baş Prokurorluq Azərbaycan şirkətlərinə qarşı başlanmış cinayət işlərinə dair yayılan informasiyalara aydınlıq gətirib

26 Aprel 2017 17:42

Zülfiyyə: "Traktor da sürürəm, motosiklet də..."

26 Aprel 2017 17:42

Poroşenko: “Bu, sülh üçün alternativsiz plandır”

26 Aprel 2017 17:38

Rusiyada dollar bahalaşıb

26 Aprel 2017 17:37

İngiltərə Premyer Liqasına vəsiqə qazanan klubun icraçı direktoru həbs olunub

26 Aprel 2017 17:37

Nadir Zaurun pulunu vermədi - 1700 manat

26 Aprel 2017 17:37

Elmar Məmmədyarov: "Prezident İlham Əliyevin Brüsselə səfəri Azərbayacn-Aİ əməkdaşlığının inkişafı üçün mühüm zəmin yaradıb"

26 Aprel 2017 17:37

“Google Play” internet mağazasında aşkar edilmiş virus təxminən 2 milyon istifadəçini yoluxdurub

26 Aprel 2017 17:35

“Dostum qayıtdı ki, gəl Cona deyək, guya itlərə toy edirik...” – SƏBUHİ MƏMMƏDLİ GORANBOYDAN YAZIR

26 Aprel 2017 17:34

Tarixçi: "Avropa islamofobiyanın əsirinə çevrilir"

26 Aprel 2017 17:33

Rusiya Azərbaycana yeni metro vaqonları təklif etməyə hazırlaşır

26 Aprel 2017 17:32

Ukraynada azərbaycanlı saxta mallar satarkən tutuldu - FOTO

26 Aprel 2017 17:32

İstanbulda avtobus partladı

26 Aprel 2017 17:32

Aprelin 27-nə manatın məzənnəsi

26 Aprel 2017 17:30

Əməyin mühafizəsi qaydaları ən çox hansı sahədə pozulur?

26 Aprel 2017 17:27

İranda AES "silkələndi" - ZƏLZƏLƏ

26 Aprel 2017 17:27

İrəvan bunu etməsə, Qarabağda müharibə başlayacaq - Ermənistandan ETİRAF

26 Aprel 2017 17:23

Autizmli uşaqların xor və ritm konserti

26 Aprel 2017 17:22