Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fransız xanımları kimi görünmək üçün bunları geyinin - fotolar

Fransız xanımları kimi görünmək üçün bunları geyinin -  fotolar

Date: 19 November 2016 19:21

Hamı bilir ki, fransız xanımları hər zaman gözəllik və dəb sahəsində birinci yerdə dayanırlar. Buna bahalı brend geyimlər səbəb olmur. Onlar ən sadə libası belə düzgün geyinməyi, uyğunlaşdırmağı bacarırlar.

Axşam.az xarici KİV-ə istinadən fransız xanımlarının geyim tərzlərini təqdim edir:

Cins

Onların diqqətini hər zaman sadə libaslar çəkir. Adi cins sizin tərzinizin əsas diqqətçəkən hissəsi ola bilər. Onu sadə pencək və ya plaşla geyinə bilərsiniz.



Qara jaket

Qara - daim dəbdə olan klassik rəngdir. Fransız xanımlarının geyim tərzinin əsas sirri qara jaketdir. Onu hər növ libasla geyinmək və eleqant tərz yaratmaq mümkündür.



Çanta

Fransızlar geyimə çox pul xərcləməyi sevməsələr də, çantaya dəyər verirlər. Onların qarderobundakı yeganə bahalı aksessuar məhz çanta olur. Buna görə də qarderobunuzda mütləq bir ədəd bahalı brend çanta olmalıdır.



Kişilərin ayaqqabı tərzi

Fransız xanımlarının ciddi iş obrazını kişi ayaqqabılarını xatırladan ayaqqabılar tamamlayır. O eyni zamanda sizi dəbli göstərəcək.



Şərf

Dəbdən heç vaxt düşməyən aksessuar məhz şərfdir. Fransız xanımları çox vaxt ondan istifadə edir. Onu həm idman, həm də klassik geyimlə taxmaq olar.



Uzun plaş

Fransız xanımlarının ən sevimli geyimi məhz uzun pıaşdır. Onu cins şalvar, klassik libas, qısa ətək və başqa geyimlə istifadə etmək mümkündür.



Sərbəst saroçka

Boş və uzun saroçkalar qadınları daha seksual və cazibədar göstərir. Onu həm ətəklə, həm də şalvarla istifadə etmək mümkündür. Fransız xanımları klassik geyim stilində də bu cür saroçkalardan istifadə edirlər.


Tags:  Fransız xanımları görünmək bunları geyinin fotolar

RƏYLƏR


Top news