Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Karpal tunel sindromu nədir?

Karpal tunel sindromu nədir?

Date: 19 November 2016 19:22

Karpal tulnel sindromu bilək nahiyyəsində sinirlərin sıxışması səbəbli meydana çıxan əlamətlərdir. Bu zaman ələ və əl barmaqlarına gələn sinirlər sıxıldığına görə əl barmaqlarında hissiyyat və hərəkət məhdudlaşır. Əl barmaqlarının hərəkət etdirən median siniri, 9 şaxəsi ilə birlikdə karpal boşluğundan keçir. Bu sinirin vəzifəsi baş barmaq, işarət barmaq və orta barmağın hərəkət və fəaliyyətini bərpa etməkdən ibarətdir. Bu sinir səbəbli həmin barmaqların hissetmə qabiliyyəti olur və barmaqlar istənilən hərəkəti edə bilir. Amma bu sinir karpal boşluqdan keçdiyi zaman sıxıldıqda sinirlərin hissi və hərəki fəaliyyətində patologiyalar meydana çıxır.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, karpal tunel sindromuna ən çox 40-60 yaş arasında olan qadınlar məruz qalır. Ən çox bilək nahiyyəsi uzun müddət bükülü vəziyyətdə iş görən qadınlarda meydana çıxır. Uzun müddət bükülü qalan bilək nahiyyəsində sıxılan sinirdə zədələnmələr vaş verir ki, bu da kapral tunel sindromunun meydana çıxmasına səbəb olur.
Bu sindroma ən çox uzun müddət makinada, klaviaturada yazanlarda, tikiş tikən və ya toxuma ilə məşğul olan qadınlarda rast gəlinir. Bundan başqa aşağıdakı xəstələrdə bu əlamətləri müşahidə etmək mümkündür:
- xroniki şəkər xəstələrində
- revmatoid artrit xəstələrində
- hipotriroid
- həddən çox artıq çəki.
Xəstəlik  əldə gücün zəifləməsi, tez yorulma, həmin hissədə əzələlərin atrofiyalaşması, barmaqların uyuşması əlamətləri ilə özünü biruzə verir. Bu zaman xəstənin bilək və əl barmaqlarında baş verən şidddətli ağrılar xəstənin yuxudan ayılmasına səbəb olur.
Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir. Belə ki, xəstənin şikayətləri diaqnozun təsdiqlənməsi üçün yetərli hesab edilir.
Müalicə zamanı xəstəyə ağrıları azaldacaq dərmanlar təyin edilir, steroid ineksiyalar vurulur və biləyin az hərəkətliliyi məsləhət görülür. Bir-neçə ay müddətində xəstənin vəziyyəti yüngülləşməsə xəstə əməliyyat edilir, kapral tunel açılır.
Milli.Az


Tags:  Karpal tunel sindromu nədir

RƏYLƏR


Top news