Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fərid Qayıbov: "Bakıdan başqa regionlardada bədii gimnastikanı inkişaf etdiririk"

Fərid Qayıbov: "Bakıdan başqa regionlardada bədii gimnastikanı inkişaf etdiririk"

Date: 19 November 2016 19:27

Azərbaycanın regionlarında gimnastika üzrə yarışların keçirilməsi ölkədə idman turizminin özünəməxsus inkişafına kömək edir.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bunu Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov deyib.

Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzində bədii gimnastika üzrə 23-cü Azərbaycan birinciliyi və 3-cü Bölgələrarası Kubok keçirilir.

Onun sözlərinə görə, bu federasiyanın regionlarda keçirdiyi ilk turnir deyil.

"6 növ gimnastika var və biz onların hər biri üzrə Azərbaycan birinciliyi və çempionatı keçiririk. Bu turnirdə kiçik yaşlı gimnastlar iştirak edirlər, yüzdən çox uşaqlar burada toplaşıb. Məsələ ondadır ki, biz Bakıdan başqa regionlardada bədii gimnastikanı inkişaf etdiririk və onların sayı ildən-ilə artır", - baş katib deyib.

Onun sözlərinə görə, 6 ay əvvəl federasiya Mingəçevirdə bölmə açıb.

"Biz çempionatı və birinciliyi heç olmasa ildə bir dəfə Bakıdan kənarda keçirməyə çalışırıq ki, yerli sakinləri, uşaqları gimnastika bölməsinə cəlb edək. Biz Mingəçevirdə ilk dəsti aparanda, ona 240 uşaq gəlmişdi. Heç gözləmirdik ki, belə anşlaq olacaq", - Qayıbov deyib.

Fərid Qayıbov turnirin çox yaxşı alındığını və Bakıdan gələn valideynlərə təşəkkürünü bildirib.

"Bu dəfə digər yarışlarla müqayisədə daha çox tamaşaçı gəlib. Artıq bizdə özünəməxsus idman turizmi formalaşmaqa başlayıb. Mən çox şadam ki, insanlarımız gimnastikanı başa düşməyə başlayıb. Bu bir günün deyil, çox illik zəhmətin nəticəsidir", - baş katib deyib.

Baş katib daha sonra qeyd edib ki, yarışlarda əhvalruhiyyə çox müsbət və yüksək olub.

Qayıbov: "Bu il biz Bakıda 3 dünya kuboku yarışı keçirmişik. Kifayət qədər çox işimiz olub, Avropa çempionatları və olimpiadada iştirak, ona görə yerli yarışları ilin sonuna saxladıq. Son anda qonşu ölkə idmançılarınada dəvət göndərmək qərarına gəldik. Dəvətimizi UkraynaQazaxıstan gimnastları dəvətimizi qəbul etdilər. Biz onlara minnətdarıq ki gəldilər, şəhərimizi və yarışlarımızı bəyəndilər. Xarici gimnastların iştirakı bu yarışa böyük önəm verir, bizim uşaqlarımız üçündə yaxşıdır, çünki onlar başqa ölkədən olan idmançılarla yarışırlar, başqa məktəbin təcrübəsini görürlər, dostluq əlaqəli yaranır. Bu yarışın daha bir mühim nəticəsi o oldu ki, yekun ballara görə 2 qız gimnastı Bakıya gətirmək, burada onların məşqini təşkil etmək niyyətindəyik. Baxmayaraq ki, onllar kiçik yaşlıdılar, biz onların böyük potensialı olduğunu görürük".

Milli.Az


Tags:  Fərid Qayıbov Bakıdan başqa regionlardada bədii gimnastikanı inkişaf etdiririk

RƏYLƏR


Top news