Moskvada mənzil almaq üçün neçı ilin maaşını yığmaq lazımdır?

Moskvada mənzil almaq üçün neçı ilin maaşını yığmaq lazımdır?
19:47 19 Noyabr 2016
164 Maraqlı
Ölkə mətbuatı
A- A+

Orta statistik rusiyalı Moskvada mənzil almaq üçün 32 il ərzində bütün maaaşını saxlamalıdır.

Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, Rusiya regionları arasında bu baxımdan ən uzun müddət Dağıstandadır. Dağıstanlılar 46,2 il məvaciblərini saxlamalıdırlar ki, paytaxtdan mənzil ala bilsinlər. Ən az müddət isə Yamal-Nenetsk muxtar dairəsinin payına düşüb. Burada 10,4 il ərzində maaşı yığmaq tələb olunur. Moskvalıların özləri isə 13 ilə paytaxtda mənzil sahibi ola bilərlər. Statistika hazırlanarkən hər bir regionda orta aylıq məvacib və Moskvada təkrar mənzil bazarının orta hesabla qiyməti nəzərə alınıb. 2016-cı ilin oktyabrında Moskanın təkrar mənzil bazarında təkliflərin orta qiyməti 1 kvadratmetrə görə 182,3 min rubl təşkil edib.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/490706.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR