İcra başçısının avtomobili qaydanı kobud şəkildə pozdu - VİDEO

İcra başçısının avtomobili qaydanı kobud şəkildə pozdu - VİDEO
19:48 19 Noyabr 2016
154 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin xidməti avtomobili qayda pozuntusuna yol verib.

Publika.az xəbər verir ki, bu barədə a24.az-ın redaksiyasına videokadr daxil olub. Videokadrları təqdim edən vətəndaş bildirib ki, hadisə Abşeron rayonunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Vətəndaşın sözlərinə görə, qəsəbə ərazisində sürət həddi 60 km/s olduğu halda icra başçısının xidməti avtomobili sürət həddini aşaraq 90-100 km/saatla hərəkət edib.

“Yolda sürət həddi 60 km/saat idi. Mən də, qoyulan sürət həddinə əməl edirdim. Qəfildən 27-AA-001 dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə yanımızdan keçdi. Videodan da görünür ki, avtomobilin sürət həddi digər nəqliyyat vasitələrinə nisbətən ən azı 30-40 km/saat yüksək idi. Kadrları avtomobilimdə yerləşdirilən videoreqistrator qeydə alıb”.

Həmin videosujeti təqdim edirik:


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/176592.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR