İslam Məzhəbləri Arasında Yaxınlaşma Assosiasiyası nədir?

İslam Məzhəbləri Arasında Yaxınlaşma Assosiasiyası nədir?
19:52 19 Noyabr 2016
116 Ölkə
Ölkə mətbuatı
A- A+

1947-ci ildə şiə və sünni aləminin aparıcı simalarının təşəbbüsü ilə Misirdə "İslam Məzhəbləri Arasında Yaxınlaşma Evi" (Dar əl-təqrib) adlı qurum yaradıldı. Bu qurumun yaradılmasının təşəbbüskarı alim və ictimai xadim Şeyx Məhəmməd Təqi Qumi, təşkilatın vətəni və iqamətgahı isə Misir idi.

Milli.Az islam.az-a istinadən bildirir ki, Dar əl-təqribin fəaliyyətini həm şiə, həm də sünni dünyasının açıqfikirli simaları (o cümlədən, Ayətullah əl-üzma Birucerdi, əl-Əzhər Universitetinin rektorları Şeyx Əbdülməcid Səlim və Şeyx Mahmud Şəltut) himayə edirdilər. Mərkəz öz fəaliyyəti boyunca "Risalət əl-İslam" adlı rüblük jurnal nəşr etdirirdi. "Dar əl-təqrib" cəmiyyəti İranda əhli-sünnə alimlərinin, Misirdə isə şiə müəlliflərinin klassik əsərlərini tanıtdırır və çap etdirir, müştərək konfranslar keçirirdi.

Təəssüf ki, bir neçə ildən sonra həm Misirin dövlət orqanları, həm də bəzi qaragüruhçu din xadimləri "Dar əl-təqrib"ə qarşı mübarizəyə başladılar. Nəhayət, qurumun Misirdəki fəaliyyəti dayandırıldı. Bir müddətdən sonra İran İslam Respublikası məzhəblərarası dialoq ideyasını dirçəltdi və iqamətgahı İranda yerləşən "İslam Məzhəbləri Arasında Yaxınlaşma Assosiasiyası" (Məcmə əl-təqrib beyn əl-məzahib əl-islamiyyə) adı altında yeni qurum işə başladı. Vəhdət həftəsi təşəbbüsünü də məhz bu qurum irəli sürmüşdür. Hər il vəhdət həftəsi ərzində Assosiasiya tərəfindən məzhəblərarası dialoqa həsr olunan böyük beynəlxalq konfrans keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR