Quran Peyğəmbərimizə neçə yaşında və neçə il ərzində nazil olub?

Quran Peyğəmbərimizə neçə yaşında və neçə il ərzində nazil olub?
19:57 19 Noyabr 2016
157 Ölkə
Ölkə mətbuatı
A- A+

Peyğəmbərimiz (sallallahu aleyhi və  səlləm) bir müddət Hira mağarasına çəkilib orada ibadət etdikdən sonra Miladi təqvimlə 610-cu ildə 40 yaşında ikən ona peyğəmbərlik verilir. (Buxari, Muslim).
Peyğəmbərlik ona birinci gün verilir. Əbu Qatadə (radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) birinci gün oruc tutmaq haqqında soruşurlar. O, buyurur: "O gün mən doğulmuşam, o gün mən insanlara göndərilmişəm və o gün mənə ilk vəhy gəlib". (Muslim).
Milli.Az zikr.az-a istinadən bildirir ki, vəhy peyğəmbərə bir neçə şəkildə gəlirdi. Aişə (radıyallahu anhə) rəvayət edir ki, bir gün Haris ibn Hişam (radıyallahu anhu) peyğəmbərdən: "Ya Rəsulullah! Vəhy sənə necə gəlir?" deyə soruşdu. Peyğəmbər: "Hərdən vəhy zınqırov səsi kimi gəlir. Bu da mənim üçün (vəhyin) ən ağır gəliş şəklidir. Deyilənləri öyrəndikdən sonra o, məni tərk edir. Hərdən də mələk mənim qarşıma insan qiyafəsində gəlir və vəhyi mənə çatdırır. Mən də onun dediklərini yadda saxlayıram. Aişə deyir ki, mən soyuq bir havada vəhyin gəlişindən sonra onun alnından necə tər axdığını görərdim". (Buxari).
Beləliklə, Qurani Kərim peyğəmbərimizə 40 yaşından başlayaraq və 23 il ərzində ömrünün sonunadək (63 yaşına kimi) hissə-hissə nazil olmuşdur. Uca Allah tərəfindən Rəsulullaha (sallallahu əleyhi və səlləm) ilk nazil olan Quran ayələri əl-Ələq surəsinin ilk beş ayəsidir: "Oxu, Yaradan Rəbbinin adı ilə! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin (müqayisəsiz) səxavətə malikdir. O, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiklərini öyrətdi". (əl-Aləq, 1-5).
Ən son nazil olan ayənin hansı olduğu mövzusunda isə fərqli fikirlər olsa da səhih olan görüş odur ki, bu ayə dinin kamilləşmə ayəsidir: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim" (əl-Məidə, 3)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490779.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR