İcra başçısının avtomobili qaydanı kobud şəkildə pozdu - VİDEO

İcra başçısının avtomobili qaydanı kobud şəkildə pozdu - VİDEO
20:22 19 Noyabr 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin xidməti avtomobili qayda pozuntusuna yol verib.
Milli.Az a24.az-a istinadən bildirir ki, videokadrları təqdim edən vətəndaş bildirib ki, hadisə Abşeron rayonunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Vətəndaşın sözlərinə görə, qəsəbə ərazisində sürət həddi 60 km/s olduğu halda icra başçısının xidməti avtomobili sürət həddini aşaraq 90-100 km/saatla hərəkət edib.
"Yolda sürət həddi 60 km/saat idi. Mən də, qoyulan sürət həddinə əməl edirdim. Qəfildən 27-AA-001 dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə yanımızdan keçdi. Videodan da görünür ki, avtomobilin sürət həddi digər nəqliyyat vasitələrinə nisbətən ən azı 30-40 km/saat yüksək idi. Kadrları avtomobilimdə yerləşdirilən videoreqistrator qeydə alıb".
Həmin videosujeti təqdim edirik:
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/491142.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR