Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sumqayıtda dini mağazalarda reyd keçirildi

Sumqayıtda dini mağazalarda reyd keçirildi

Date: 19 November 2016 20:27

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyi ilə birgə dini təyinatlı ədəbiyyatın, mal və məmulatların satışı ilə məşğul olan mağazalarda reyd keçirib.

Reydlər Sumqayıt şəhərində dini ədəbiyyatların satışı ilə məşğul olan 9 mağazanı əhatə edib.

Milli.Az bildirir ki, komitənin məlumatına görə, baxış keçirilən mağazalarda onların icazəsi olmadan dini təyinatlı ədəbiyyat, mal və məmulatların satışı aşkarlanıb. Mağazaların lisenziyası olmadan fəaliyyət göstərmələri də müəyyən edilib. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq sənədləşmə aparılıb.

Mağazalardan həmçinin satışına razılıq verilməmiş və markalanmamış dini təyinatlı ümumilikdə 328 ədəd ədəbiyyat və 315 ədəd DVD aşkar edilərək götürülüb.

Mağaza sahibləri ilə müvafiq profilaktik söhbətlər aparılıb.

Komitənin məlumatında qanun pozuntularının aşkarlandığı bildirilən mağazaların adları açıqlanmır.

Milli.Az


Tags:  Sumqayıtda dini mağazalarda reyd keçirildi

RƏYLƏR


Top news