“Sənəti sevib gəlmişəm. O vaxtlar rejossorlar məni filmlərə az çəkirdilər. Deyirdilər, köksən. Çünki görünüşüm iri idi".
Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Nahidə Orucova “10-dan sonra” verilişində deyib.
Aktrisa bildirib ki, kök olduğu üçün rejissorlar onu filmə çəkmirmiş:
“Əvvəl idmançı olmuşam. Bədən ölçüm böyükdür. O vaxt rejissorlar deyirdilər ki, ekranın hamısını tutursan. Həmin dövrlərdə Leyla Bədirbəyli, Nəcibə Məlikova kök deyildi? Mənim qabarıq olmağım müəyyən obrazlara uyğun gəlir. İndi də özümə uyğun olan obrazları canlandırıram”.